Ziya Babaşov dünya çempionu oldu

22.10.25 | 08:21
Digər növlər

Serbiyanın Novi Sad şəhərində keçirilən Yunan-Roma güləşi üzrə U23-lərin dünya çempionatında 63 kiloqram çəki dərəcəsində çıxış edən Ziya Babaşov finalda moldovalı Vitali Yeryomenkonu 6:3 hesabı ilə  məğlub edərək qızıl medal qazanıb.  

Turnirdə daha dörd çəkidə mübarizəyə start verilib. Təmsilçimiz Elmir Əliyev (55 kiloqram) 1/8 final mərhələsini maneəsiz keçib. Belə ki, onun alban rəqibi Andi Muka xalçaya çıxmayıb. Güləşçimiz daha sonra çinli Baoji Vuya (9:0) və özbəkistanlı Xociəkbər Kuçkarova (4:2) qalib gəlib. Elmir yarımfinalda iranlı Armin Şamsipurhacını “tuş”la finala gedən yolundan kənarlaşdırıb. Sabah həlledici görüşdə Əliyev rusiyalı Alibek Amirovla güləşəcək.

Hindistanlı Nişantı (8:3) və qırğızıstanlı Bayaman Kərimovla (4:1) mübarizədən qalib ayrılan Fəraim Mustafayev (67 kiloqram) 1/4 finalda belarus Qleb Makarankaya minimal fərqlə (3:4) yenilib. Ruslan Nurullayev (72 kq) yapon Hacime Kikutaya aşkar üstünlüklə (8:0), moldovalı Vasile Zabikaya isə 4:0 hesabı yenərək 1/4 finala yüksəlib. Ruslan növbəti mərhələdə iranlı İman Məhəmmədiyə məğlub olub – 3:5. Rəqib finala çıxdığı üçün Nurullayev sabah təsəlliverici görüşdə ukraynalı Oleq Xəlilov və macar Mate Veq cütünün qalibi ilə qarşılaşacaq.
Əli Quliyev (97 kiloqram) təsnifat mərhələsində rusiyalı Maksim Averinə uduzaraq (1:5) turnirdə çıxışını başa vurub.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27