“Qarabağ”ın transfer hədəfində olan Portuqaliya “Kasa Pia”sının mərkəz müdafiəçisi Joao Qulartın ətrafında mübarizə qızışır. Portuqaliyanın nüfuzlu “A Bola” nəşrinin məlumatına görə, 26 yaşlı stoperlə Bolqarıstan çempionu Sofiya “Levski”si yaxından maraqlanır. Sofiya təmsilçisinin yaxın vaxtlarda futbolçu üçün rəsmi təklif göndərəcəyi bildirilir.
“Kasa Pia” rəhbərliyi isə transfer şərtlərini dəyişmək niyyətində deyil. Portuqaliyalılar müdafiəçini yalnız 1.5 milyon avro qarşılığında sərbəst buraxmağa hazırdır.
“Köhlənlər” aprel ayından bəri portuqaliyalı stoperin transferi variantını aktiv şəkildə nəzərdən keçirir. Qulartın klubu ilə hazırkı müqaviləsi növbəti mövsümün sonunda başa çatacaq.