Messi 3 qolla tarixi rekorda çatdı

17.06.26 | 07:52
Dünya futbolu

Lionel Messi het-trik edərək Dünya çempionatları tarixində ən çox qol vuran ikinci futbolçu oldu. O, buna qədər 16 qolla bombardirlərin zirvəsində olan alman Miroslav Klozeyə çatdı. Ulduz futbolçu bu matçda yaxşı təsir bağışladı və hələ qocalmadığını göstərdi. Komandasının qapıya vurduğu 6 zərbədən 4-ü ona məxsus idi və üçü qol oldu. Əlcəzair isə böyük hesabla məğlub olsa da, digər rəqibləri ilə oyunda xal götürmək potensialına malikdir. Bu oyunda afrikalılar daha keyfiyyətli müdafiə oluna bilərdilər. Qapıçı Zidan yaxşı təsir bağışlamadı. Hətta dünya çempionu ata-Zidanın tribunada olması da onun oyununa təsir etmədi.

Dünya Kuboku, J qrupu, 1-ci tur

Argentina – Əlcəzair 3:0

Kanzaz-Siti, “Errouhed Stedium”. 69045 tamaşaçı

Hakim: Şimon Marçinyak (Polşa)

Argentina: Emiliano Martines, Montiel (Molina, 46), Romero (Otamendi, 80), Lisandro Martines, de Paul, Makallister, Entso Fernandes, Almada (Nikolas Qonsales, 55), Messi (Pas, 80), Lautaro Martines (Xulian Alvares, 55).

Əlcəzair: Zidan, Belqali, Mandi, Bensebaini, Ayt-Nuri, Budaui (Auar, 64), Bentaleb (Zerruki, 81), Maza (Bulbina, 81), Hac-Mussa (Mahrez, 64), Quiri (Amura, 64), Şaibi.

Qollar: Messi, 17; 60; 76.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09