Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda “Beşiktaş”la “Hapoel Beer-Şeva” arasında keçirilən qarşılaşma tribunada baş verən insidentlər səbəbindən təxminən 30 dəqiqə dayandırılıb.
Gürcüstanın Batumi şəhərindəki “Batumi Arena”da təşkil olunan görüşün 26-cı dəqiqəsində danimarkalı baş hakim Morten Kroq “Beşiktaş” azarkeşlərinin olduğu sektorda qarşıdurma başladığı üçün oyunu saxlayıb.
Türkiyə mediasının məlumatına görə, Gürcüstan polisi tribunaya müdaxilə edib və azarkeşlərə qarşı bibər qazından istifadə olunub. Qarşıdurma zamanı bəzi fanatlar oturacaqları sındıraraq polisə tərəf atıblar. Hadisə nəticəsində xəsarət alan azarkeşlərin xərəkdə stadiondan çıxarıldığı bildirilir.
İnsidentdən sonra hər iki komandanın futbolçuları meydanı tərk edərək paltardəyişmə otağına yollanıblar. “Beşiktaş”ın oyunçuları və klubun futbol direktoru Öndər Özden azarkeşləri sakitləşdirməyə çalışıblar. Təxminən 30 dəqiqəlik fasilədən sonra qarşılaşma bərpa olunub.
Görüş “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Türkiyə təmsilçisi bu nəticə ilə xallarının sayını 10-a çatdırıb.
Avropa Liqası
Liqa mərhələsi, 5-ci tur
“Beşiktaş” – “Hapoel” (Beer Şeva) 2:1
Junior Olaytan, 75, Orkun Kökçü, 90 – Javon İst, 90+3
“Viktoriya” (Plzen) – “Benfika” 4:0
Patrik Qroşovski, 30, Prins Adu, 43, Kristof Kabonqo, 44; 46
“Dinamo” (Zaqreb) – “Bayer” (Leverkuzen) 0:2
Tillman, 10, Kuansa, 45.
Zaltsburq – Ararat-Armenia 2:0
Mazurek, 47; 51
“Marsel” – “Levski” 1:0
Amin Quriri, 28 (penaltidən)
“Olimpiakos” – “Milan” 2:4
Lorenzo Pirola, 31 (öz qapısına), Jota Silva, 49 – Omari Hatçinson, 56, Alfadjo Sisse, 63, Kristian Pulişiç, 71, Dieqo Moreyra, 90+5
“Selta” – “Bornmut” 1:2
Aspas, 19 – Alvaro Rodriges, 47, Rayan, 78.
“Union” (Sent-Jillua) – “Lex” (Poznan) 2:2Raul Floruç, 54, Kevin Rodriges, 66 – Mel Yannick Aqnero, 15, Luis Palma, 18