Premyer Liqanın 13-cü turundan etibarən bəzi oyunlarda AVAR-2 hakimlərinin iştirakı təmin olunacaq.
Peşəkar Futbol Liqasının (PFL) yaydığı məlumata görə, yenilik VAR hakimlərinin peşəkarlıq səviyyəsinin artırılması və praktiki təcrübə qazanması məqsədi daşıyır. Bu addım AFFA Hakimlər Komitəsinin PFL-ə ünvanladığı rəsmi müraciət əsasında atılıb.
Qeyd edək ki, VAR otağında AVAR-2 hakiminin iştirakı yalnız təlim və müşahidə xarakteri daşıyacaq. O, oyun epizodlarının qiymətləndirilməsində və qərarların qəbulunda heç bir funksional rol oynamayacaq.