“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31
Ölkə futbolu

“Sabah” və “Barselona” komandaları arasında Çempionlar Liqasının liqa mərhələsinin V turunun oyunu zamanı Bakı Olimpiya Stadionunda azarkeş vəfat edib.

Məlumata görə, hadisə noyabrın 25-də keçirilən və “Barselona”nın 4:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşma zamanı baş verib. Azərbaycan Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, saat 20:25-də stadiondan təcili tibbi yardım çağırışı daxil olub.

Hadisə yerinə göndərilən tibbi briqada 39 yaşlı kişinin həkiməqədər ölüm faktını qeydə alıb.

Vəfat edən şəxs Bakıya Rusiyanın Krasnoyarsk diyarından gəlib. İlkin ehtimala görə, ölümün səbəbi ürək çatışmazlığı ola bilər. Lakin bu məlumat hələ rəsmi şəkildə təsdiqlənməyib. Mərhumun meyiti məhkəmə-tibbi ekspertizaya göndərilib, hadisə ilə bağlı araşdırma aparılır.

Paylaş:

Xəbər Lenti

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31

Konfrans Liqasında turun diqqətçəkən oyunları: “Frayburq” – “Tvente”, ÇSKA – “Trabzonspor”

26.11.26 | 02:58

Avropa Liqasında turun diqqətçəkən oyunları: “Olimpiakos” – “Milan”, “Beşiktaş” – “Hapoel”

26.11.26 | 02:42

Dambrauskas “Barselona” ilə oyundan nəticə çıxardı: “Çox şey öyrəndik”

26.11.26 | 01:02

Flik Bakıda gördüyü dəyişikliklərdən danışdı: “İnqilabi inkişaf hiss etdim”

26.11.26 | 01:32

“Turan” Çempionlar Liqasına məğlubiyyətlə başladı

26.11.26 | 01:09

“Sabah”ın növbəti rəqibi “Vilyarreal” Praqa sınağından çıxdı

26.11.26 | 01:56

Bakı Qordonun sevimli şəhərinə çevrilir: 2 oyunda 6 qol

26.11.26 | 00:26

“Sabah”ın iki fərqli üzü: ilk hissədə ümid, ikinci yarıda çöküş

26.11.26 | 00:03

 Bir hissə müqavimət, doqquz dəqiqəlik çöküş

26.11.26 | 00:57

“Turan”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi bəlli oldu

25.11.26 | 20:29

“Şamaxı” və “Turan Tovuz”a 11 min manat cərimə, baş məşqçilərə 3 oyunluq cəza

25.11.26 | 20:12

“Sabah”ın U-19 komandası “Barselona”ya böyük hesabla uduzdu

25.11.26 | 18:43

AFFA rəsmisi hakim qərarları ilə razılaşmadı: Qırmızı vərəqə və penalti verilməli idi

25.11.26 | 11:20

Çempionlar Liqasında gecənin icmalı: “Real”dan möhtəşəm geridönüş, “Arsenal” – “Borussiya” duelində heç-heçə

25.11.26 | 02:43

Ronaldu karyerasının 987-ci qolunu vurdu

25.11.26 | 00:18