Bakı Qordonun sevimli şəhərinə çevrilir: 2 oyunda 6 qol

26.11.26 | 00:26
Ölkə futbolu

 “Sabah” – “Barselona” qarşılaşması İspaniya mətbuatının da diqqət mərkəzində olub. Kataloniyalıların Bakı səfəri, təmsilçimizin Avropadakı çıxışı, Lamin Yamalın yoxluğu və Entoni Qordonun məhsuldar oyunu İspaniya nəşrlərinin əsas müzakirə mövzuları sırasında yer alıb.

Xüsusilə Qordonun Bakıdakı məhsuldarlığı diqqət çəkib. İngiltərəli hücumçu 2026-cı ilin fevralında “Nyukasl”ın heyətində “Qarabağ”ın qapısına dörd qol vurmuşdu. İndi isə “Barselona”nın futbolçusu kimi “Sabah”la görüşdə dubl edib. Beləliklə, o, bu il Bakıda keçirdiyi iki Çempionlar Liqası matçında altı qola imza atıb.

Cadena SER: Qordon yenə Bakıda fərqləndi

İspaniyanın “Cadena SER” radiosu oyundan sonrakı icmalında “Barselona”nın qələbəsində yeni transferlərin fərdi keyfiyyətlərinin mühüm rol oynadığını vurğulayıb.

Nəşr qeyd edir ki, kataloniyalılar qarşılaşmaya asan uyğunlaşmayıb, ilk təhlükəli epizodları isə meydan sahibləri yaradıb. “Sabah”ın hücumları zamanı qapıçı Xoan Qarsiyanın inamlı oyunu qonaqları çətin vəziyyətdən çıxarıb.

Müəllif Qordonun çıxışını xüsusi fərqləndirib. Hücumçunun hər iki qolunu qapıçıdan qayıdan toplardan sonra vurması diqqətə çatdırılıb. Onun fevralda “Qarabağ”la görüşdə poker etməsi də xatırladılıb.

AS: Yeni hücum üçlüyü işi həll etdi

“AS” qələbəni “Yeni hücum üçlüyü işi həll etdi” başlığı ilə təqdim edib. Nəşrin fikrincə, Hansi Flik rotasiyalara əl atsa da, komandası ilk hissədə gözlənilən səviyyədə çıxış etməyib. “Barselona” əvvəlcə arxayın təsir bağışlayıb, lakin Entoni Qordon, Kərim Adeyemi və Qabriel Jezusun fərdi keyfiyyətləri sayəsində üstünlüyünü inamlı qələbəyə çevirib.

AS həmçinin Baldenin zədələnərək meydanı tərk etməsinə, Aleks Kamposun əsas komandada debüt etməsinə və “Barselona”nın müdafiə xəttindəki dəyişikliklərə diqqət çəkib.

El Debate: Parlaq futbol yox, effektivlik

“El Debate” isə kataloniyalıların Bakıda parlaq futbol nümayiş etdirmədən, əsasən hücumdakı effektivlik sayəsində qalib gəldiyini yazıb.

Nəşr Hansi Flikin geniş rotasiyalarına və Qordonun məhsuldar çıxışına diqqət yetirib. Bu yanaşma qarşılaşmanın gedişini də əks etdirir: “Barselona” ilk hissədə rəqibin müqavimətini qırmaqda çətinlik çəksə də, fasilədən sonra yaratdığı imkanları daha yaxşı dəyərləndirib.

Bakı Qordon üçün uğurlu məkana çevrilib

Qordonun iki fərqli klubun heyətində Bakıda keçirdiyi Çempionlar Liqası oyunlarında belə məhsuldarlıq göstərməsi diqqətçəkən statistikadır. Fevralda “Qarabağ”a qarşı poker edən hücumçu noyabrda “Sabah”ın qapısına iki dəfə yol tapıb. Hər iki qarşılaşmada fərqli komandaların formasını geyinməsinə baxmayaraq, nəticə dəyişməyib: Bakı səfəri onun üçün yenə qollu alınıb.

İspaniya mətbuatının oyuna geniş yer ayırması isə başqa bir məqamı da göstərir: “Sabah”ın Avropa səhnəsindəki çıxışı artıq yalnız yerli medianın deyil, İspaniyanın aparıcı nəşrlərinin də maraq dairəsindədir.

Paylaş:

Xəbər Lenti

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31

Konfrans Liqasında turun diqqətçəkən oyunları: “Frayburq” – “Tvente”, ÇSKA – “Trabzonspor”

26.11.26 | 02:58