Bir hissə müqavimət, doqquz dəqiqəlik çöküş

26.11.26 | 00:57
Ölkə futbolu

 “Sabah” Çempionlar Liqasının əsas mərhələsində “Barselona” ilə qarşılaşmada ilk hissədə rəqibinə layiqli müqavimət göstərsə də, fasilədən sonra kataloniyalıların hücumlarının qarşısını ala bilmədi. Bakı Olimpiya Stadionunda keçirilən görüş qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatdı.

Valdas Dambrauskasın komandası oyuna inamlı başladı. İlk dəqiqələrdə meydan sahibləri müdafiədə intizamlı görünür, imkan düşdükcə sürətli əks-hücumlarla rəqib qapısı qarşısında təhlükə yaratmağa çalışırdı. “Barselona” topa daha çox nəzarət etsə də, “Sabah” ilk 20 dəqiqədə rəqibin üstünlüyünü ciddi təhlükəyə çevirməsinə imkan vermirdi.

Hətta bu müddətdə hesabı açmaq üçün əlverişli fürsətlər də yarandı. 17-ci dəqiqədə İvan Lepiniçanın autdan cərimə meydançasına göndərdiyi topu Stiv Solvetin endirməsindən sonra Du Keyros 11 metrlik nöqtə ətrafından qapıya göndərdi, lakin zərbə dəqiq alınmadı. 27-ci dəqiqədə isə Lepiniçanın qapıçı üzərindən aşırma zərbəsi tirə tuş gəldi. Bu, “Sabah”ın ilk hissədəki ən real qol imkanlarından biri idi.

Lakin “Barselona”nın fərdi ustalığı və hücumdakı sürəti tədricən özünü göstərməyə başladı. 31-ci dəqiqədə Kərim Adeyeminin cərimə meydançasındakı zərbəsini Stas Pokatilov dəf etsə də, topu qarşısından uzaqlaşdıra bilmədi. Düzgün mövqe seçən Entoni Qordon fürsəti əldən vermədi və hesabı açdı.

İngiltərəli hücumçu 33-cü dəqiqədə yenidən fərqlənsə də, bu dəfə qol ofsayd səbəbindən qeydə alınmadı. Fasiləyə qədər “Sabah” hesabda geri olsa da, meydan sahiblərinin mübarizədən qopmadığı görünürdü.

İkinci hissədə qarşılaşmanın ssenarisi kəskin dəyişdi. Dambrauskas fasilədə Xayal Əliyevin əvəzinə Coy-Lens Mikelsi meydana buraxdı. Hansi Flik də Pedrini Dani Olmo ilə əvəzlədi. Lakin bu dəyişikliklərdən sonra “Barselona”nın hücumlarının qarşısını almaq “Sabah” üçün daha da çətinləşdi.

51-ci dəqiqədə Adeyeminin sürətli hücumundan sonra Qabriel Jezusun zərbəsini Pokatilov dəf etdi. Ancaq top yenidən Qordonun qarşısına düşdü və ingiltərəli futbolçu dublunu rəsmiləşdirdi. Qapıçının dəf etdiyi topun rəqib hücumçunun qarşısına düşməsi meydan sahiblərinin müdafiədəki problemlərini bir daha üzə çıxardı.

Dörd dəqiqə sonra Baldenin cinahdan ötürməsini Adeyemi qolla tamamladı. 60-cı dəqiqədə isə künc zərbəsindən sonra Kundeyə imkan verilməsə də, Pokatilovun dəf etdiyi topu Qabriel Jezus qapıya göndərdi – 0:4.

Beləliklə, cəmi doqquz dəqiqə ərzində “Sabah” üç qol buraxdı. İlk hissədə rəqibin hücumlarına müəyyən qədər müqavimət göstərən müdafiə xətti fasilədən sonra həm mövqe seçimində, həm də sürətli kombinasiyaların qarşısını almaqda ciddi çətinlik yaşadı.

Bununla belə, meydan sahibləri ruhdan düşmədi. 63-cü dəqiqədə Kristian Nvaçukvunun ötürməsindən sonra Coy-Lens Mikels fərqlənərək hesab arasındakı fərqi azaltdı. 72-ci dəqiqədə isə Mikels daha bir real qol şansını qaçırdı. Kahim Parris tələsik ötürmə ilə hücumçunu çətin vəziyyətə salsa da, bu epizodda fərqlənmək mümkün olmadı.

Son dəqiqələrdə “Sabah”ın heyətində Rəhman Daşdəmirov və Tellur Mütəllimov da meydana çıxdı. Mütəllimovun 88-ci dəqiqədəki zərbəsi qapıdan aralı keçdi. Digər tərəfdə isə Pokatilov Adeyemi və Fermin Lopesin təhlükəli cəhdlərində komandasını daha bir neçə qoldan xilas etdi. Adeyeminin 80-ci dəqiqədəki zərbəsindən sonra topun tirə dəyməsi də qonaqların hesabı artırmaq üçün növbəti fürsəti idi.

Sabah (Azərbaycan) – Barselona (İspaniya) 1:4 (0:1)

Qollar: Qordon, 31 (0:1), 51 (0:2), Adeyemi, 55 (0:3), Jezus, 60 (0:4), Mikels, 63 (1:4).

Baş hakim: Nikolas Uolş (Şotlandiya).

Sabah: Stas Pokatilov (k), Stiv Solvet, Junior Almeyda (Rəhman Daşdəmirov, 76), Akim Zedadka (Tellur Mütəllimov, 76), Timoteuş Puxaç, Umarali Rəhmonəliyev, İvan Lepinitsa, Du Keyros (Aleksey İsayeV, 61), Ksander Severina (Kahim Parris, 61), Kristian Nvaçukvu, Xayal Əliyev (Coy-Lens Mikels, 46).

Barselona: Xoan Qarsiya, Jerar Martin, Frenki de Yonq (Aleks Kampos, 64), Jül Kunde, Alexandro Balde (Joau Kanselu, 65), Qavi (Brayan Fariñas, 86), Pedri (k) (Dani Olmo, 46), Fermin Lopes, Kərim Adeyemi, Entoni Qordon (Rafinya, 76), Qabriel Jezus.

Sarı vərəqə: İvan Lepinitsa.

Məkan: Bakı. Olimpiya Stadionu.

Paylaş:

Xəbər Lenti

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00