Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14
Dünya futbolu

Braziliya futbolunda qeyri-adi hadisə yaşanıb. “Vasko da Qama”nın hücumçusu David Korreyya da Fonseka komandanın məşq bazasında polis tərəfindən saxlanılıb.

Hadisə cümə axşamı Rio-de-Janeyrodakı Moasir Barbosa adına məşq mərkəzində baş verib. Komanda növbəti çempionat oyununa hazırlaşarkən polis əməkdaşları bazaya gələrək Davidin həbsinə dair orderi icra ediblər. Braziliyada DVD ləqəbi ilə də tanınan hücumçu məşq geyimində və futbol butslarında polis avtomobilinə aparılıb. Ona hətta duş qəbul etməyə belə imkan verilməyib.

“Globo Esporte” nəşrinin məlumatına görə, polis 31 yaşlı futbolçunun qətl cəhdində, silahlı cinayətkar təşkilatın fəaliyyətində iştirakda, narkotik vasitələrin qanunsuz dövriyyəsində və məhkəmə prosesinə təzyiq göstərməkdə şübhəli bilindiyini açıqlayıb.

İstintaq həmçinin Davidin Braziliyanın ən nüfuzlu cinayətkar qruplaşmalarından biri olan “Comando Vermelho” ilə mümkün əlaqələrini araşdırır. Bu iş üzrə saxlanılması barədə order verilən yeganə futbolçu David deyil. “Vila Nova”nın müdafiəçisi, “Santos”un sabiq oyunçusu Hayner də şübhəlilər arasındadır.

İstintaq 2024-cü ilin martında Serra şəhərində baş vermiş qətl cəhdi ilə bağlı başlayıb. Araşdırma zamanı futbolçularla cinayət törətməkdə şübhəli bilinən şəxslər arasında yazışmalar aşkarlanıb. İstintaqın versiyasına görə, futbolçular şahidlərə ifadələrini dəyişmək müqabilində pul təklif ediblər.

Məhkəmə sənədlərində Davidlə şahidlərdən biri arasındakı söhbətin də yer aldığı bildirilir. Həmin danışıqda futbolçu pul təklif etdiyini etiraf edir. Şahidlərin ifadələrinə əsasən, söhbət təxminən 806 avro məbləğindən gedir.

Oktyabrın sonlarında David pasportunu təhvil verməli olub. Ona ölkəni tərk etmək və istintaq altında olan digər şəxslərlə əlaqə saxlamaq qadağan edilib. Lakin məhkəmə yeni sübutları nəzərə alaraq əvvəlki məhdudiyyətlərin kifayət etmədiyi qənaətinə gəlib və futbolçunun həbsinə qərar verib.

“Vasko da Qama” hadisə ilə bağlı açıqlama yayaraq, prosesin gedişini diqqətlə izlədiyini bildirib. Klub futbolçuya hüquqşünaslarının dəstəyini təklif etsə də, əlavə şərh verməkdən imtina edib.

David sentyabrda keçirilən məhkəmə dinləməsində narkotik və silah alverinə aidiyyəti olduğunu təkzib edib. Vəkilləri isə futbolçunun məhkəmənin əvvəlki qərarı ilə müəyyənləşdirilən məhdudiyyətlərə əməl etdiyini vurğulayırlar.

Futbolçunun təqsiri məhkəmə tərəfindən hələ sübuta yetirilməyib.

Paylaş:

Xəbər Lenti

Messinin “İnter Mayami”si MLS-də titulunu qoruya bilmədi

28.11.26 | 21:56

UEFA FİFA-nı İnfantinoya dəstək üçün təzyiq iddialarını araşdırmağa çağırdı

28.11.26 | 21:43

Mourinyo: “Vinisiusun ehtiyatda qalması onun problemidir, mənim yox”

28.11.26 | 20:48

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34