Kriştiano Ronaldo peşəkar karyerasında vurduğu qolların sayını 987-yə çatdırıb. 41 yaşlı portuqaliyalı hücumçu Asiya Çempionlar Liqasının 5-ci turunda “Əl-Nəsr”in “Əl-Sədd”lə oyununda fərqlənib.
Ronaldu qarşılaşmanın 13-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirib. Məhəmməd Kamaranın cərimə meydançasında onu yıxmasından sonra təyin olunan 11 metrlik cərimə zərbəsini özü yerinə yetirən ulduz futbolçu topu qapının sağ yuxarı küncünə göndərib. Lakin qonaqlar 9 dəqiqə sonra Məhəmməd Vaadın qolu ilə hesabı bərabərləşdiriblər.
Beləliklə, Ronaldu karyerasında 1000 rəsmi qol həddinə çatmaq üçün daha 13 dəfə fərqlənməlidir. Bu, portuqaliyalı futbolçunun karyerasını başa vurmazdan əvvəl gerçəkləşdirmək istədiyi əsas hədəflərdən biridir.