Messi və Mbappe zirvə uğrunda amansız mübarizədə!

17.06.26 | 16:54
Dünya futbolu

Dünya çempionatında bombardirlərin yarışması dramatik həddə çatıb. Kilian Mbappenin atdığı əlcəyi böyük məmnuniyyətlə qəbul edən Lionel Messi, turnirin elə ilk günlərindən etibarən azarkeşlərə əsl futbol şousu bəxş etdi. İllərlə dəyişməz qalan qol statistikasını alt-üst edən argentinalı dahi üçün cari mundialın ən məhsuldar oyunçusu olmaq sadəcə növbəti bir hədəfdir. Onun əsl məqsədi mütləq rekordçu kimi adını futbol tarixinə qızıl hərflərlə yazdırmaqdır. İndi Leo Messinin bu zirvəni təkbaşına fəth etmək üçün əla şansı yaranıb.

Messinin tarixi sıçrayışı

Əlcəzairlə qarşılaşmada imza atdığı möhtəşəm het-triklə dahi hücumçu dünya çempionatlarında vurduğu qolların sayını 16-ya çatdırdı. Bununla da o, əfsanəvi Miroslav Klozeyə çataraq mundiallar tarixinin ən yaxşı bombardirləri siyahısında zirvəyə şərik oldu.

Diqqətçəkən məqam odur ki, Messi bu nəticə ilə artıq karyerasını 15 qolla tamamlamış Braziliya futbolunun əfsanəsi Ronaldonu geridə qoymağı bacarıb.

Mbappenin dayanmaz izləyişi

Siyahıda sürətli sıçrayış edən Messini isə Mbappe daban-dabana izləyir. Fransız ulduz da hesabındakı qolların sayını artırmaqda davam edir. Seneqalın qapısından keçirdiyi iki topla turnirlərdəki ümumi qol sayını 14-ə çatdıran Mbappe, əfsanəvi Gerd Müllerlə çatdı. Onun cari turnirdə bu göstərini yeniləmək üçün real şansı var.

Yeni format, yeni imkanlar

Miroslav Klozenin 2002-2014-cü illər aralığında, dörd fərqli mundialda müəyyənləşdirdiyi 16 qolluq rekord heç vaxt indiki qədər təhlükə altında olmamışdı. Onu da xüsusi vurğulamaq lazımdır ki, DÇ-2026-da komanda sayının 48-ə çatdırılması və müvafiq olaraq matçların çoxalması, ulduz futbolçulara öz statistikalarını inkişaf etdirmək üçün əlavə imkanlar yaradır.

Həm Messi, həm də Mbappe növbəti qarşılaşmalarda bu cədvəli tamamilə yenidən yaza bilərlər.

Çünki bu turnir təkcə komandaların qızıl kubok uğrunda mübarizəsi deyil, həm də futbol tarixinə canlı əfsanələr tərəfindən yeni səhifələrin yazılmasıdır.

DÇ tarixinin ən yaxşı bombardirləri:

16 qol Miroslav Kloze (Almaniya)

16 qol Lionel Messi (Argentina)

15 qol Ronaldo (Braziliya)

14 qol Kilian Mbappe (Fransa)

14 qol Gerd Müller (Almaniya)

Paylaş:

Xəbər Lenti

Ağdamlılar Medina ilə vidalaşdı

17.06.26 | 16:20

Konfrans Liqasında püşk atıldı: Təmsilçilərimizin potensial rəqibləri bəlli oldu

17.06.26 | 16:18

Millimiz Ulan-Bator “Böyük Dəbilqə”sinə tam heyətlə yollanır

17.06.26 | 16:05

Messi və Mbappe zirvə uğrunda amansız mübarizədə!

17.06.26 | 16:54

“Qarabağ”dan milyonluq transfer: Fabrisio Romano və MARCA təsdiqlədi          

17.06.26 | 16:48

Avropa Liqasında püşk atıldı: “Qarabağ”ın II mərhələdəki potensial rəqibləri bəllidir

17.06.26 | 16:57

“Araz-Naxçıvan” Ülvi İsgəndərovla müqaviləni yenilədi

17.06.26 | 14:26

“Sabah”ın ÇL-dəki potensial rəqibi: “Vardar” və ya “KuPS”

17.06.26 | 14:37

Milli Bakıda iki sınaq matçına çıxacaq

17.06.26 | 13:26

Cəlal Hüseynov “Petrolul”a keçib

17.06.26 | 13:15

Avstriya İordaniya üzərində qələbə qazandı

17.06.26 | 09:34

Messi 3 qolla tarixi rekorda çatdı

17.06.26 | 07:52

Norveç İraq üzərində böyük hesablı qələbə qazandı

17.06.26 | 07:57

Alfonso Dominqesdən minimum bürünc

17.06.26 | 07:19

Seneqal Fransaya ikinci hissədə təslim oldu

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58