Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57
Dünya futbolu

UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk turu çərçivəsində ikinci oyun günü də məhsuldar və barışmaz mübarizə ilə yadda qalıb. Keçirilən 12 qarşılaşmanın heç birində heç-heçə qeydə alınmayıb.

“Sabah”ın Çempionlar Liqasındakı rəqiblərindən olan “Arsenal” səfərdə digər rəqibimiz “Napoli”nin qonağı olub.  Mikel Artetanın heyətdə bəzi rotasiyalara əl atdığı matçda londonlular meydanda tam dominantlıq edib. Massimo Alleqrinin rəhbərlik etdiyi “Napoli” ənənəvi praqmatik, dərin müdafiə taktikası seçsə də, ingilislərin təzyiqinə tab gətirə bilməyib.

“Arsenal” rəqib cərimə meydançasında 52 dəfə topla təmas qurub, ümumilikdə 26 zərbə endirib və 6 real qol epizodu yaradıb. Bu böyük üstünlük yalnız 75-ci dəqiqədə Martin Edeqorun uzaq məsafədən vurduğu zərbə həlledici qolla (0:1) nəticələnib. Bu, həm də bütün turnirlərdə məğlubiyyətsiz irəliləyən “topçular”ın uğurlu seriyasının davamı olub.

Günün ən böyük hesablı qələbəsini PSJ rəsmiləşdirib. Fransa çempionu öz meydanında Slovakiyanın “Slovan” (Bratislava) klubuna heç bir şans verməyərək rəqibini 6:1 hesabı ilə darmadağın edib. Paris təmsilçisinin heyətində Ferran Torres het-triklə ulduzlaşıb. Usman Dembele dubl, Fabian Ruis isə bir qolla yadda qalıb.

Portuqaliyada “Sportinq” İstanbulun “Qalatasaray” klubunu sınağa çəkib. Matçın 5-ci dəqiqəsində Qonsalo İnsaionun öz qapısına vurduğu qolla geri düşən meydan sahibləri, tezliklə təşəbbüsü ələ alaraq vəziyyəti dəyişiblər. Jeni Katamu bərabərlik qolunu vurub, ikinci hissədə isə Luis Suares (penalti) və Rodriqo Salazarın dəqiq zərbələri “Sportinq”ə 3:1 hesablı qələbə qazandırıb.

Günün mərkəzi qarşılaşmalarından biri İngiltərədə baş tutub. Xulian Alvaresin başlatdığı hücumda Markos Lyorentenin qolu ilə hesabda önə keçən “Atletiko” (Madrid) üstünlüyünü qoruya bilməyib. Arne Slotun rəhbərlik etdiyi “Liverpul” fasiləyə az qalmış Florian Virtsin təşkil etdiyi hücumda Dominik Soboslailə bərabərlik qolunu tapıb. İkinci hissənin əvvəlində isə Aleksis Mak Allister ingilislərə 2:1 hesablı əzmkar qələbəni gətirib. “Atletiko”nun son dəqiqələrdə vurduğu qol isə ofsayd səbəbindən ləğv edilib.

Çempionlar Liqası əsas mərhələ, 1-ci tur

“Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) 2:1

Soboslay, 40. Mak Allister, 50 – Lyorente, 17

“Napoli” (İtaliya) – “Arsenal” (İngiltərə) 0:1

Edeqor, 75

PSJ (Fransa) – “Slovan” (Slovakiya) 6:1

Dembele, 17; 23. Torres, 31; 47; 57. Ruis, 87 – Kamara, 58

“Sportinq” (Portuqaliya) – “Qalatasaray” (Türkiyə) 3:1

Katamu, 27. Suares, 57-pen. Salazar, 63 – İnasio, 5-öz qapısına

Paylaş:

Xəbər Lenti

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28

Erlinq Holand DÇ-2026-dan evə unikal kolleksiya ilə dönüb

08.09.26 | 21:23

“Qarabağ”ın ÇL-də qəhrəman olan qapıçısı Polşaya qayıtdı: “Uşaqlıq arzumu Ağdamda reallaşdırdım!”

08.09.26 | 20:39

TV PROQRAM

08.09.26 | 19:16