“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47
Dünya futbolu

UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”ın rəqiblərindən olan “Borussiya” (Dortmund) ilə “Vilyarreal” qarşılaşmasında qorxulu anlar yaşanıb. Almaniya klubunun gənc ulduzu Konstantinos Karetsas səhhətində yaranan ciddi problemlərə görə matç zamanı xəstəxanaya aparılıb.

Dortmund təmsilçisinin açıqlamasına görə, 18 yaşlı yunanıstanlı futbolçunun matç zamanı qan dövranında problem yaranıb. Heç bir rəqib müdaxiləsi olmadan qazonun üzərin yıxılaraq əlini qaldıran və kömək istəyən gənc yarımmüdafiəçinin bu hərəkəti tribunada və meydanda şok effekti yaradıb. Bir neçə dəqiqə əvvəl uğurlu ötürmə edən futbolçunun zədə deyil, birbaşa yuxarı bədən nahiyəsi və qan dövranı ilə bağlı narahatlıq yaşaması həkimlərin dərhal müdaxiləsinə səbəb olub.

Yayda “Genk”dən transfer olunan və “sarı-qaralar”ın heyətində ötən gecə karyerasında beşinci matçına çıxan Karetsas meydançanı xərəkdə tərk edib. Klubdan verilən son məlumata görə, futbolçunun vəziyyəti stabildir və o, ətraflı müayinə üçün xəstəxanaya yerləşdirilib.

Dortmundda keçirilən qarşılaşmanın 27-ci dəqiqəsində Karetsasın əvəzinə “Arsenal”dan icarəyə götürülən İtan Nvaneri mübarizəyə qoşulub. Gərgin keçən matçda almanlar Renato Veyqanın avtoqolu ilə hesabı açsalar da, “Vilyarreal” 66-cı dəqiqədə Santyaqo Mourinonun qolu ilə tarazlığı bərpa edib. Lakin matçın sonuna doğru səhnəyə çıxan Seru Girassi 80 və 85-ci (penaltidən) dəqiqələrdə fərqlənərək “Borussiya”nı irəli çıxarıb. Matçın son dəqiqələrində yenə Girassinin avtoqolu ilə fərq ensə də (3:2), Dortmund klubu üç xalı qorumağı bacarıb.

Paylaş:

Xəbər Lenti

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28

Erlinq Holand DÇ-2026-dan evə unikal kolleksiya ilə dönüb

08.09.26 | 21:23

“Qarabağ”ın ÇL-də qəhrəman olan qapıçısı Polşaya qayıtdı: “Uşaqlıq arzumu Ağdamda reallaşdırdım!”

08.09.26 | 20:39

TV PROQRAM

08.09.26 | 19:16