“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45
Dünya futbolu

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun ikinci oyun günündə “Sabah”ın iki rəqibi meydana çıxıb. Çempionmun qarşılaşacağı “Barselona” turnirə qələbə ilə başlayıb, “Vikinq” səfərdən əli boş dönüb.

Kataloniya təmsilçisi doğma meydanda Niderlandın “Feyenoord” klubunu darmadağın edib, Norveç çempionu Almaniyanın “Ştutqart” komandasına uduzub.

Hansi Flikin rəhbərlik etdiyi “Barselona” Çempionlar Liqasına inamlı start verib. Kataloniya klubu “Feyenoord”u 5:1 hesabı ilə məğlub edərək bütün turnirlərdə ardıcıl dördüncü qələbəsini qazanıb. Bu matçlarda “Barselona” rəqib qapısına 17 qol vurub, cəmi 2 top buraxıb.

Meydan sahibləri görüşə fırtına kimi başlayıb. Hesab artıq 3-cü dəqiqədə açılıb. Lamin Yamalın ötürməsindən sonra Rafinya müdafiəçilərdən sıyrılaraq dəqiq zərbə ilə topu tora göndərib.

22-ci dəqiqədə fərq iki topa çatıb. Kərim Adeyemi cərimə meydançasının kənarından baxımlı zərbə ilə “Feyenoord”un qapıçısını məyus edib.

İkinci hissədə də oyuna tam nəzarət edən “Barselona” 57-ci dəqiqədə üçüncü qolunu vurub. Pedrinin mükəmməl ötürməsindən sonra Rafinya ikinci dəfə fərqlənərək dublunu rəsmiləşdirib.

77-ci dəqiqədə Lamin Yamal səhnəyə çıxıb. Gənc ulduz cərimə zərbəsindən dəqiq zərbə ilə hesabı 4:0-a çatdırıb. “Feyenoord” 82-ci dəqiqədə Sem Steynin qolu ilə təsəlli tapsa da, meydan sahibləri buna dərhal cavab verib.

85-ci dəqiqədə yeni transfer Qabriel Jezus Lamin Yamalın ötürməsini qola çevirib. Braziliyalı hücumçu bununla “Barselona” forması ilə ilk qolunu vurub. Maraqlıdır ki, o, meydana çıxdıqdan cəmi bir neçə dəqiqə sonra fərqlənib.

Matçın əsas qəhrəmanlarından biri isə Rafinya olub. Braziliyalı futbolçu iki qol vurmaqla yanaşı, komandanın hücumlarının əsas fiqurlarından birinə çevrilib. Lamin Yamal isə bir qol və iki məhsuldar ötürmə ilə görüşü tamamlayıb.

Beləliklə, “Barselona” həm nəticə, həm də oyun baxımından Çempionlar Liqasının ilk turunda ciddi iddia ortaya qoyub. Kataloniya klubu növbəti matçlarını İspaniya çempionatında keçirəcək. Komandanı “Levante”, “Rasinq” və “Sevilya” ilə görüşlər gözləyir.

Digər oyununda “Ştutqart” öz meydanında “Vikinq”i 3:1 hesabı ilə məğlub edib. Almaniya klubunun qələbəsində əsas pay sahibi Ermedin Demiroviç olub. Bosniya və Herseqovinadan olan hücumçu cəmi 12 dəqiqə ərzində het-trikə imza ataraq qarşılaşmanın taleyini həll edib.

Bu het-trik “Ştutqart” tarixində xüsusi yer tutub. Demiroviç klubun Çempionlar Liqasında het-trik edən ilk futbolçusu olub. Üstəlik, onun bu tarixi çıxışı “Ştutqart”ın yaradılmasının 133-cü ildönümünə təsadüf edib.. İkinci hissədə “Ştutqart” üstünlüyünü qoruyub və hesab dəyişməyib. Demiroviç 62-ci dəqiqədə meydanı alqışlarla tərk edib.

UEFA Çempionlar Liqası əsas mərhələ, 1-ci tur

“Barselona” (İspaniya) – “Feyenoord” (Niderland) 5:1

Rafinya, 3; 57. Adeyemi, 22. Yamal, 77. Jezus, 85 – Steyn, 82.

“Ştutqart” (Almaniya) – “Vikinq” (Norveç)3:1

Demiroviç, 20; 26; 32 – Tripiç, 22

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09