“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33
Ölkə futbolu

 “Sabah”ın hücumçusu Coy-Lens Mikels üçün “Mançester Yunayted”lə qarşılaşma sadəcə UEFA Çempionlar Liqasının liqa mərhələsində debüt deyil. Uşaqlıqdan İngiltərə nəhənginin azarkeşi olan futbolçu bu dəfə sevimli komandasına qarşı “Old Trafford”da meydana çıxacaq.

BBC World Service “Sabah”ın 32 yaşlı hücumçusunun hekayəsinə xüsusi material həsr edib. Nəşr Mikelsin bu görüşdə meydana çıxacağı təqdirdə Çempionlar Liqasının əsas mərhələsində oynayan ilk Ruanda futbolçusu olacağını vurğulayır.

Mikels BBC-yə açıqlamasında “qırmızı şeytanlar”ın oyunlarını imkan düşdükcə izlədiyini bildirib: “Bacardığım qədər “Mançester Yunayted” oyununa baxıram”.

O, püşkatmadan sonra “Yunayted”lə qarşılaşmağın “Sabah” üçün ən yaxşı variantlardan biri olduğunu deyib: “Fikrimcə, bizim üçün ən yaxşı püşk oldu. “Old Trafford”da oynayacağımız üçün bu, daha da möhtəşəmdir”.

Mikels İngiltərə klubunun dünya futbolundakı mövqeyini də xüsusi qeyd edib: ““Mançester Yunayted” dünyanın ən böyük klublarından biridir. Meydana çıxmaq mənim üçün qürurverici an olacaq”.

“Sabah”ın tarixi yürüşündə əsas fiqurlardan biri

BBC Mikelsin “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsində mühüm rol oynadığını da vurğulayır. Hücumçu təsnifat mərhələsində komandanın keçdiyi dörd raundun hər birində qol vurub və ümumilikdə 4 dəfə fərqlənib.

Onun ən vacib qollarından biri isə “Hapoel”ə qarşı pley-offun cavab oyununda gəlib. 90+4-cü dəqiqədə vurulan qol qarşılaşmanı əlavə vaxta aparıb, Mikels isə 115-ci dəqiqədə yenidən fərqlənərək “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsinə vəsiqəsini rəsmiləşdirib.

Futbolçu “Sabah”ın uğurunu tarixi hadisə adlandırıb:“Çempionlar Liqasına yüksəlmək “Sabah” üçün tarixi nailiyyətdir. Liqa mərhələsinə “Old Trafford”da başlamaq isə bunu daha da həyəcanlı edir”.

Lakin Mikels İngiltərəyə yalnız atmosferi yaşamaq üçün getmədiklərini də açıq şəkildə bildirib:

“Biz ora sadəcə atmosferdən zövq almaq üçün getmirik. Rəqabət aparmaq, həm klubumuzu, həm də Azərbaycanı ən yaxşı şəkildə təmsil etmək və burada olmağa layiq olduğumuzu göstərmək istəyirik”.

Ruanda üçün də tarix yazacaq

Almaniyada doğulub böyüyən Mikels karyerasının ilk illərində oraada aşağı liqalarında çıxış edib, həmçinin Niderland və Səudiyyə Ərəbistanında oynayıb. O, valideynləri vasitəsilə Ruanda millisində çıxış etmək hüququ qazanıb və bu ölkənin yığmasında debütünü martda edib.

İndi isə Mikels Ruanda futbolunun tarixində yeni səhifə açmağa hazırlaşır: “Ruanda köklərimlə fəxr edirəm. Çempionlar Liqasında tarixi vətənimi təmsil etmək mənim üçün çox qürurverici və xüsusi bir hissdir”.

O, öz hekayəsinin ölkəsinin gənc futbolçularına nümunə olmasını arzuladığını da bildirib: “Ümid edirəm ki, mənim yolum gənc Ruanda futbolçularına ilham verəcək və inam, zəhmət və səbrlə futbolun zirvəsinə çatmağın mümkün olduğunu göstərəcək”.

“Barselona” və “Arsenal” da gözləyir

BBC qeyd edir ki, “Sabah”ın Çempionlar Liqasındakı proqramında “Mançester Yunayted”dən başqa “Barselona”, “Borussiya Dortmund” və “Arsenal” kimi nəhənglər də var. “Barselona” Bakıda qəbul ediləcək, son turda isə “Sabah” İngiltərədə “Arsenal”ın qonağı olacaq.

Mikels üçün “Mançester Yunayted” və “Barselona” tarixləri və qlobal nüfuzları baxımından xüsusilə seçilir: “Əlbəttə, “Mançester Yunayted” və “Barselona” tarixləri və qlobal nüfuzlarına görə dərhal diqqət çəkir. “Old Trafford”da oynamaq və Bakıda “Barselona”nı qəbul etmək hər bir futbolçunun arzuladığı anlardır. Amma bütün rəqiblərə hörmət etməliyik. Hər oyun özümüzü ən yüksək səviyyədə sınamaq üçün fürsətdir”.

Mikels “Sabah”ın autsayder olduğunu başa düşür. Buna baxmayaraq, o, komandanın Çempionlar Liqasında iz qoymaq niyyətində olduğunu vurğulayıb: “Biz hər oyunda rəqabət aparmaq və bizi bu mərhələyə gətirən keyfiyyətləri nümayiş etdirmək istəyirik. Səviyyənin çox yüksək olduğunu bilirik, amma özümüzə və komandamızın gücünə inanırıq”.

Onun fikrincə, əsas məqsəd yalnız təcrübə toplamaq deyil: “Bu fürsətdən maksimum yararlanmaq, çətinliyi qəbul edərək komanda kimi inkişaf etmək istəyirik. Xal qazanmaq və hər kəs üçün xal almağı çətin salmaq istəyirik. Hədəfimiz budur”.

Beləliklə, “Old Trafford”dakı görüş Coy-Lens Mikels üçün ikiqat tarixi məna daşıyır: o, bir tərəfdən uşaqlıqdan azarkeşi olduğu “Mançester Yunayted”ə qarşı oynayacaq, digər tərəfdən isə Çempionlar Liqasının əsas mərhələsində çıxış edən ilk Ruanda futbolçusu adını tarixə yazacaq.

Paylaş:

Xəbər Lenti

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28

Erlinq Holand DÇ-2026-dan evə unikal kolleksiya ilə dönüb

08.09.26 | 21:23

“Qarabağ”ın ÇL-də qəhrəman olan qapıçısı Polşaya qayıtdı: “Uşaqlıq arzumu Ağdamda reallaşdırdım!”

08.09.26 | 20:39

TV PROQRAM

08.09.26 | 19:16