“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55
Ölkə futbolu

UEFA Çempionlar Liqasının əsas mərhələsinin açılış turunda “Sabah”ı qəbul edəcək “Mançester Yunayted” bu oyunun hazırlıqlarını başa vurub. Komanda “Carrington” bazasında açıq məşq keçib.

Maykl Kerrik rəhbərliyi altında baş tutan məşqdən öncə mətbuat konfransı təşkil olunub və baş məşqçi son heyət durumu ilə bağlı sualları cavablandırıb.

Bazar günü “Everton”la səfərdə keçirilən Premyer Liqa matçının ikinci hissəsində əzələsində narahatlıq hiss etdiyi üçün əvəzlənən Markus Reşfordun ümumi qrupda yer alması azarkeşləri sevindirib. İngiltərəli hücumçunun qarşıdakı avrokubok oyununda formada olması gözlənilir.

Bununla belə, komandanın digər üzvləri – Matteys de Lixt və Luke Şou məşqə buraxılmayıblar. Mayda bel əməliyyatı keçirən niderlandlı müdafiəçi hələ də bərpa prosesini davam etdirir. Ötən mövsümün əvvəlindən bəri Premyer Liqanın bütün matçlarında start heyətində meydana çıxan Şouya isə məşqçilər korpusu istirahət verib.

Futbolçular fiziki qaçış tapşırıqlarından sonra toplu məşqlərdə iştirak ediblər. Amad Diallo və Karlos Baleba zədə səbəbindən məşqi buraxıblar. Uzunmüddətli bərpa dövrü keçən Manuel Ugarte də komandaya kömək edə bilməyəcək.

Xatırladaq ki, “Mançester Yunayted” – “Sabah” qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:00-da “Old Trafford” stadionunda keçiriləcək.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09