Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44
Dünya futbolu

Dünya çempionatının qrup mərhələsi davam edir. Bu axşam E və F qrupunda ilk turun oyunları keçiriləcək.

Almaniya: 2014-cü ildəki son dünya çempionluğundan sonra təxminən on ili boşa verən “Bundestim”, yalnız Yulian Naqelsmannın gəlişi ilə yenidən canlana bildi. Doğma Avro-2024-də İspaniyaya əlavə vaxtda uduzan almanlar, ötən il Millətlər Liqasının final mərhələsindəki uğursuzluqdan və seçmə mərhələsinə Slovakiyaya məğlubiyyətlə başlamasından sonra yenidən eniş yaşamışdılar. Lakin Naqelsmann vəziyyəti tezliklə düzəldə bildi. Komanda qrup turnirini lideri qismində bsşa vurdu və yoldaşlıq oyunlarında 100 faizlik nəticə göstərdi. Son olaraq ötən həftəsonu turnirin ev sahibi ABŞ-ni 2:1 hesabı ilə üstələməyi bacardılar.

Kürasao: Niderlanda məxsus, cəmi 150 min əhalisi olan bu kiçik ada dövləti təcrübəli Dik Advokatın rəhbərliyi altında futbol tarixi yazır. Təcrübəli mütəxəssis “adalılar”ı Yamaykanı qabaqlayaraq qrup lideri etməyi bacardı. Ailə problemlərinə görə qısamüddətli gedişindən sonra yayda yenidən posta qayıdan Advokatın gəlişi ilə millinin yoldaşlıq oyunları o qədər də uğurlu alınmadı (Şotlandiyaya 1:4 məğlubiyyət). Lakin mundial öncəsi son sınaqda Aruba 4:0 hesabı ilə darmadağın edildi.

Avropa nəhəngi Karib hövzəsinin bu təvazökar təmsilçisi ilə tarixdə ilk dəfə qarşılaşacaq.

E qrupu, I tur

14 iyun

Almaniya – Kürasao

Saat: 21:00

Stadion: Houston Stadium (Hyuston, ABŞ)

Baş hakim: Calal Cayed (Mərakeş)

Canlı yayım: İctimai TV, TRT 1, Matç! TV, Matç! Futbol 1

Niderland: Qətərdəki son dünya çempionatında Lui van Qalın başçılığı ilə yenidən özündən söz etdirən “narıncılar”, Ronald Kumanın gəlişi ilə daha sabit və inamlı təsir bağışlayırlar. Avropadakı yarımfinal və Millətlər Liqasındakı uğurlu çıxışdan sonra komanda mundialın seçmə mərhələsini də qrup lideri kimi tamamladı. Niderlandlılar 2026-cı ilə Norveç üzərində 2:1 hesablı qələbə ilə başlasalar da, ardınca Ekvadorla heç-heçə (1:1) və Əlcəzairə gözlənilmez məğlubiyyət (0:1) gəldi. Turnir öncəsi son hazırlıq matçında isə Özbəkistanı yalnız son saniyələrdə vurulan penalti qolu ilə çətinliklə (2:1) məğlub edə bildilər.

Yaponiya: Ötən əsrin sonundan bəri heç bir dünya çempionatını qaçırmayan “Samuraylar” bu turnirə də vəsiqəni ilk təmin edənlərdən oldular (seçmə mərhələdə 10 oyuna 23 xal). Hacime Moriyasunun yetirmələri yoldaşlıq oyunlarında inanılmaz seriya yaxalayıblar. Yaponiya millisi 2026-cı ildə Şotlandiya, İngiltərə və İslandiyanı eyni – 1:0 hesabı ilə məğlub edib. Qeyd edək ki, komanda mayın sonundan bəri yoldaşlıq oyunu keçirməyib və birbaşa məşqlərə fokuslanıb.

İndiyə qədər komandalar arasında keçirilən 3 matçın 2-də (o cümlədən DÇ-2010-da) Niderland qalib gəlib, son qarşılaşmada isə bərabərlik qeydə alınıb.

F qrupu, I tur

15 iyun

Niderland – Yaponiya

Saat: 00:00

Stadion: AT&T Stadium (Arlinqton, ABŞ)

Baş hakim: İsmayıl Elfath (ABŞ)

Canlı yayım: İctimai TV, TRT 1, Matç! TV, Matç! Futbol 1

Paylaş:

Xəbər Lenti

Avstriya İordaniyaya üzərində qələbə qazandı

17.06.26 | 09:34

Messi 3 qolla tarixi rekorda çatdı

17.06.26 | 07:52

Norveç İraq üzərində böyük hesablı qələbə qazandı

17.06.26 | 07:57

Alfonso Dominqesdən minimum bürünc

17.06.26 | 07:19

Seneqal Fransaya ikinci hissədə təslim oldu

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58

Memonun vida göz yaşları: “Milli komandasız bir karyera təsəvvür edə bilmirəm”

16.06.26 | 17:28

İspanlar çıxılmaz vəziyyətdə: “Bu, tarixi bir uğursuzluqdur!”

16.06.26 | 17:06

Koreya millisində media böhranı: Jurnalistlərin ehtiyatsızlığı komandanı ayağa qaldırdı

16.06.26 | 17:12

“Araz-Naxçıvan” Cavid Hüseynova tapşırıldı

16.06.26 | 16:59

Yubilyar haqqında düşüncələr

16.06.26 | 16:34

Aldanmış Kəvakib

16.06.26 | 14:01

Sabri Lamuşi mundial tarixinə düşdü: Cəmi bir oyundan sonra..

16.06.26 | 11:48

“Bavariya”nın əfsanəsi Mehmet Şollun evinə basqın olub

16.06.26 | 11:39

“Sabah” Patrik Mbinanın transfer hüquqlarına sahib oldu

16.06.26 | 11:50

Qismət Alıyev gələcək karyerası ilə bağlı yekun qərarını verdi

16.06.26 | 11:53