Mundialda ideal görünmək istəyən İsveç futbolçuları imicləri üçün maraqlı üsula əl atıblar. Komanda üzvləri turnir boyu saç düzümlərinə qulluq edilməsi üçün Stokholmdan şəxsi bərbərləri İbbeni öz hesablarına düşərgəyə dəvət ediblər.
“Aftonbladet” qəzetinin yazdığına görə, paytaxtdan gələn bərbər şənbə gününü millinin 26 futbolçusunun saç düzümü üzərində işləməklə keçirib. Bərbərin bütün yol və logistika xərclərini futbolçular öz cibindən ödəyib. Maliyyə xərclərinin böyük hissəsini isə “Liverpul”un hücumçusu Aleksandr İsak üzərinə götürüb.
Komandanın digər ulduz forvardı, “Arsenal”ın forvardı Viktor Dyökereş məsələnin komanda üçün böyük önəmi olduğunu deyib.