İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19
Dünya futbolu

İngiltərə millisi ABŞ-da gözlənilməz soyğun hadisəsi ilə üzləşib. Şənbə gecəsi Kanzas-Sitidə komandanın mikroavtobusundan ümumi dəyəri təxminən 18 000 dollar olan əşyalar oğurlanıb.

BBC-nin yaydığı rəsmi siyahıya əsasən, qarət olunan əşyaların sırasına dörd cüt futbol butsusu, üç imzalı forma və bir futbol topu ilə yanaşı, iki ədəd yumşaq oyuncaq və “Nike” idman ayaqqabısı formasındakı xüsusi “Lego” dəsti də daxil olub.

Kanzas-Siti polisinin çevik müdaxiləsi sayəsində oğurlanmış əşyaların böyük hissəsi qısa zamanda tapılaraq komandaya qaytarılıb. Hadisə ilə bağlı iki şübhəli şəxsə qarşı ittiham irəli sürülüb və onları 7 ilədək həbs cəzası gözləyir. Cekson dairəsinin prokuroru Melesa Conson operativ araşdırmaya və çevik ittiham aktına görə hüquq-mühafizə orqanlarına təşəkkürünü bildirib.

Bu xoşagəlməz hadisə millinin ümumi ab-havasına və hazırlıq prosesinə mənfi təsir göstərməyib. Komandanın müdafiəçisi Den Bern BBC-yə müsahibəsində hadisəni belə şərh edib: “Bu barədə demək olar ki, heç danışmırıq. Bu da məsələnin bizi çox da narahat etmədiyini göstərir. Hadisə hazırlıq planlarımıza heç bir maneə törətmədi”.

Paylaş:

Xəbər Lenti

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31

Konfrans Liqasında turun diqqətçəkən oyunları: “Frayburq” – “Tvente”, ÇSKA – “Trabzonspor”

26.11.26 | 02:58

Avropa Liqasında turun diqqətçəkən oyunları: “Olimpiakos” – “Milan”, “Beşiktaş” – “Hapoel”

26.11.26 | 02:42

Dambrauskas “Barselona” ilə oyundan nəticə çıxardı: “Çox şey öyrəndik”

26.11.26 | 01:02

Flik Bakıda gördüyü dəyişikliklərdən danışdı: “İnqilabi inkişaf hiss etdim”

26.11.26 | 01:32

“Turan” Çempionlar Liqasına məğlubiyyətlə başladı

26.11.26 | 01:09

“Sabah”ın növbəti rəqibi “Vilyarreal” Praqa sınağından çıxdı

26.11.26 | 01:56

Bakı Qordonun sevimli şəhərinə çevrilir: 2 oyunda 6 qol

26.11.26 | 00:26

“Sabah”ın iki fərqli üzü: ilk hissədə ümid, ikinci yarıda çöküş

26.11.26 | 00:03

 Bir hissə müqavimət, doqquz dəqiqəlik çöküş

26.11.26 | 00:57

“Turan”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi bəlli oldu

25.11.26 | 20:29

“Şamaxı” və “Turan Tovuz”a 11 min manat cərimə, baş məşqçilərə 3 oyunluq cəza

25.11.26 | 20:12

“Sabah”ın U-19 komandası “Barselona”ya böyük hesabla uduzdu

25.11.26 | 18:43