DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Qətər yığması ilə qarşılaşma “Renn”in hücumçusu Brel Embolo üçün əlamətdar olub. 29 yaşlı forvard İsveçrə millisinin tarixində dünya çempionatlarında (oyunsonrası penaltilər seriyası istisna olmaqla) penaltidən qol vuran ilk futbolçu kimi tarixə düşüb.
Qeyd edək ki, bu tarixi hadisə İsveçrə yığmasının mundiallar tarixində keçirdiyi 42-ci matçına təsadüf edib.
Embolo dünya çempionatlarında qol vuran 6-cı “Renn” futbolçusudur. Ondan əvvəl Fransa klubunu təmsil edərək fərqlənənlər bunlardır: Fransua Omam-Biyik (Kamerun, 1990), Aleksander Fray (İsveçrə, 2006), Asamoa Qyan (Qana, 2010), Vahbi Xazri (Tunis, 2018), Lovro Mayer (Xorvatiya, 2022).