İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47
Dünya futbolu

FİFA prezidenti Canni Infantinonun mundialın genişləndirilməsi ilə bağlı bəyanat İtaliyada kəskin etirazla qarşılanıb.

İştirakçı sayının 48-ə çatdırılmasına baxmayaraq, İtaliya və Polşa kimi futbol nəhəngləri turnirdən kənarda qalıb. Braziliyanın “Caze TV” kanalına müsahibəsində Infantino isə bu uğursuzluğa birmənalı qarşılanmayan zarafatla yanaşıb: “Genişlənmə məsələsi FİFA Şurasına təqdim olunub, amma hələlik gəlin 48 komandalı ilk turnirdən həzz alaq. Bəlkə iştirakçı sayı 64-ə daxil olsa, İtaliya vəsiqə qazana bilər… Hətta onların iştirakına zəmanət vermək üçün komanda sayını 208-ə də qaldıra bilərik”.

İtaliyalıları qəzəbləndirən bu sözlərə rəsmi reaksiya gecikməyib. Ölkənin sol-populist “Beş Ulduz Hərəkatı” partiyasının deputatı Qaetano Amato FİFA rəhbərini sərt tənqid edərək, bu cür çıxışların beynəlxalq qurumun rəhbərinə yaraşmadığını bildirib: “İtaliyanı ələ salmaq, xüsusən də İtaliya daxil olmaqla bütün dünya futbolunu təmsil etməli olan bir şəxs tərəfindən edilirsə, bu, son dərəcə xırdalıq və acizlik nümayişidir. “Skuadra Addzurra”nın uğursuzluqları ciddi məsələdir. Lakin FİFA prezidentinin bu cür səhvləri ondan qat-qat daha ciddidir və biabırçılıqdır”.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46