Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11
Dünya futbolu

Lionel Messinin sahibi olmağa hazırlaşdığı İspaniyanın “Eldense” klubu artıq argentinalı ulduzun təsirini hiss etməyə başlayıb.

İspaniyanın “AS” nəşrinin məlumatına görə, Messinin Alikante təmsilçisinin səhmlərinin 100 faizini almaq üçün ilkin razılaşma əldə etməsindən cəmi 48 saat sonra kluba sponsorluq etmək istəyən şirkətlərin sayı artıb. Ümumilikdə 11 brend “Eldense” ilə mümkün əməkdaşlıq variantlarını nəzərdən keçirir.

Onlardan 6-sı artıq cari mövsümdən etibarən kluba sponsorluq etmək üçün danışıqlara başlayıb. Bununla belə, Messi ilə bağlı razılaşma hələ rəsmiləşməyib. Səhmlərin ötürülməsi üçün bir sıra tələblərin yerinə yetirilməsi və İspaniya İdman Şurasının (CSD) müvafiq icazəsi tələb olunur.

Maraqlıdır ki, həmin şirkətlərin bir neçəsi Messi ilə fərdi sponsorluq müqavilələrinə də malikdir. Argentinalı futbolçunun sahibi olduğu “Kornelya” klubu da bu mövsüm forma sponsorunu dəyişərək “Adidas”la əməkdaşlığa başlayıb. “Eldense”nin formasını isə hazırda ötən mövsümdən əldə olunmuş razılaşmaya əsasən “Hummel” hazırlayır.

Messinin klubun sahibi olacağı ilə bağlı xəbərin yayılması “Eldense”nin digər reklam imkanlarına da marağı artırıb. Klubun televiziya yayımındakı bəzi reklam sahələri bu həftə artıq şirkətlərin diqqətini cəlb edib və boş yerlərin bir hissəsi doldurulmağa başlanıb.

Messi kimi dünya futbolunun ən tanınmış simalarından birinin adının “Eldense” ilə əlaqələndirilməsi klubun kommersiya dəyərini əhəmiyyətli dərəcədə artırır. Nəşrin qənaətinə görə, bu təsir hətta anlaşma rəsmiləşdirilməmişdən əvvəl özünü göstərməyə başlayıb.

Argentina ilə DÇ-2022-nin qalibi olan Messinin “Eldense”in səhmlərinin 100 faizini əldə etməsi baş tutarsa, klubun həm idman, həm də kommersiya baxımından yeni mərhələyə qədəm qoyacağı gözlənilir.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46