15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46
Ölkə futbolu

 “Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsinə məğlubiyyətlə başlayıb.

Azərbaycan təmsilçisi ilk turda İngiltərənin “Mançester Yunayted” klubunun U-19 komandası ilə qarşılaşıb. Görüş “qırmızı şeytanlar”ın 5:0 hesablı qələbəsi ilə başa çatıb.

“Mançester Yunayted”in 15 yaşlı futbolçusu Cey Cey Qabriel UEFA Gənclər Liqasındakı debütünü het-triklə qeyd edib. Gələcəyin ulduzlarından biri hesab olunan gənc hücumçu ötən ay “Atletiko” ilə yoxlama oyununda sonradan meydana çıxaraq əsas komandada da debüt edib.

Hələlik Maykl Kerrikin rəhbərlik etdiyi komandanın rəsmi oyunları üçün iştirak ərizəsinə daxil edilməyən və gələn ay 16 yaşı tamam olacaq Qabriel bununla belə, əsas komandaya yüksəlmək üçün iddialarını davam etdirir.

“Mançester Yunayted” U-19 – “Sabah” U-19 5:0 (3:0)

Qollar: A. İbrahimov, 2 (1:0), Uotson, 16 (2:0), Qabriel, 45 (3:0), 85 (4:0), 87 (5:0).

“Sabah” U-19 növbəti matçını oktyabrın 13-də keçirəcək. Azərbaycan təmsilçisi həmin gün Çexiyanın “Slaviya” komandası ilə qarşılaşacaq. Daha sonra “Sabah” “Borussiya” (Almaniya, 20 oktyabr), “Vikinq” (Norveç, 4 noyabr), “Barselona” (İspaniya, 25 noyabr) və “Vilyarreal” (İspaniya, 8 dekabr) ilə üz-üzə gələcək.

Paylaş:

Xəbər Lenti

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20