Donetsk “Şaxtyor”unun baş məşqçisi Arda Turan Türkiyənin “Trabzonspor” klubunun sükanı arxasına keçməyə əsas namizəddir. Bu barədə “Takagazete” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Trabzon təmsilçisi 39 yaşlı mütəxəssislə əməkdaşlıqda son dərəcə maraqlıdır. Qara dəniz klubu türkiyəli çalışdırıcıya mövsümlük 6-7 milyon avro məvacib nəzərdə tutan cəlbedici müqavilə təklif etməyə hazırdır.
Xatırladaq ki, Arda Turan 2025-ci ilin yayında “mədənçilər”in sükanı arxasına keçib. Onun rəhbərliyi altında Donetsk təmsilçisi 2026-cı ildə Ukrayna çempionu olub. Mütəxəssisin Ukrayna klubu ilə mövcud müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Türkiyəli məşqçinin Çempionlar Liqasında PSV ilə matçdan dərhal sonra Qara dəniz təmsilçisi ilə danışıqlar masasına əyləşəcəyi bildirilir.