FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06
Dünya futbolu

DÇ-2026-nın İsveçrə – Qətər qarşılaşmasında yaşanan VAR (Video Köməkçi Hakim) qalmaqaldan sonra FİFA rəsmi bəyanatla çıxış edib. Matçın gedişatına və nəticəsinə birbaşa təsir edən texniki nasazlıq futbol ictimaiyyətində böyük rezonans doğurub.

1:1 hesabı ilə yekunlaşan qarşılaşmanın 14-cü dəqiqəsində İsveçrə millisinin xeyrinə penalti qərarı verilib. Lakin bu qərardan öncə isveçrəli futbolçunun ofsaydda olması şübhəsi oyunda gərginliyi pik həddə çatdırıb. Canlı yayım zamanı tamaşaçılara və media mənsublarına epizodun təkrarı, eləcə də virtual ofsayd xətlərinin qrafik təhlili təqdim olunmayıb. FİFA, penalti zərbəsindən öncə VAR sistemində ciddi texniki problemin yarandığını və bu səbəbdən qrafikanın ekrana ötürülə bilmədiyini təsdiqləyib.

Yaşanan xaos və narazılıqlardan sonra FİFA bəyanat yayaraq qəbul edilən hakim qərarının doğru olduğunu müdafiə edib: “Ekranda vizual görüntünün itməsinə səbəb olan texniki nasazlığa rəğmən, VAR sisteminin daxili analizində tətbiq olunan xətlər İsveçrə millisinin futbolçusunun penalti epizodundan əvvəl ofsaydda olmadığını dəqiq şəkildə qeydə alıb. Verilən qərar qaydalara tamamilə uyğundur”.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46