Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01
Dünya futbolu

Niderland və Yaponiya arasındakı qarşıdurmadan öncə aşkar favoriti müəyyənləşdirmək çətin idi. Kağız üzərində Ronald Kumanın heyəti daha ulduzlu görünsə də, asiyalıların komanda oyunu və nizam-intizamı daha oturuşmuş təsir bağışlayırdı.

Kuman, Yaponiyanın üçlü müdafiə xəttinə qarşı Qakpo – Malen – Sammervill hücum triosunu meydana buraxmışdı. Onları mərkəzdən De Yonq, Qravenberx və Reynders dəstəkləyirdi. Baş məşqçi Moriyasu isə hücum xəttində Ueda, Maeda və Takefusa Kuboya şans vermişdi.

Artıq 2-ci dəqiqədə “narıncılar” hesabı aça bilərdi. Qakponun ötürməsindən sonra cərimə meydançasında rəqibini aldadan Malenin gözlənilməz zərbəsini qapıçı Suzuki çətinliklə dəf etdi. Lakin bu parlaq startın davamı gəlmədi, hər iki komanda tempi aşağı salaraq uzun ötürmələrə və ləng hücum quruculuğuna üstünlük verdi. İlk hissənin yeganə digər təhlükəli vəziyyəti fasilə ərəfəsində Yaponiyadan gəldi. Ancaq Nakamuranın yaxın küncə zərbəsi qapının torunu kənardan silkələdi.

Fasilədə edilən taktiki gedişlər ikinci hissəni tamamilə canlandırdı. Niderlandın artan təzyiqi bəhrə verdi. Uğursuz standart vəziyyətin ardınca Qravenberxin asmasını Vircil van Deyk baxımlı zərbə ilə qapıçının əks istiqamətinə — uzaq küncə göndərdi.

Yaponiya cəmi 7 dəqiqə sonra tarazlığı bərpa etdi. Kubonun ötürməsindən sonra Nakamura müdafiəçilərin sıx pressinqinə rəğmən qəfil zərbə ilə qapıçı Verbruqqeni çarəsiz qoydu.

“Narıncılar” status-kvonu tez bərpa etdilər. Qravenberxin növbəti məhsuldar ötürməsindən sonra Krisensio Sammervill cərimə meydançasının kənarından mükəmməl qövsvari zərbə ilə topu uzaq doqquzluğa qovuşdurdu.

Qoldan sonra Kumanın komandası tempi aşağı salaraq müdafiəyə çəkildi. Əks-hücumların birində Qakpo hesabı artırmağa yaxın olsa da, Suzuki yenə qapıda inamlı oynadı. Son dəqiqələrdə təzyiqi pik həddə çatdıran asiyalılar 89-cu dəqiqədə istəyinə nail oldu. Künc zərbəsindən sonra Ogavanın başla zərbəsi Kamadanın çiyninə dəyərək tora daxil oldu.

Oyunu erkən bitirdiyini düşünən Niderland son dəqiqə qolu ilə cəzalandı. DÇ-2026-ya xal itkisi ilə başlayan hər iki komandanın nümayiş etdirdiyi futbol, onları mundialın əsas favoritləri sırasına daxil etmək üçün hələlik yetərli deyil.

F qrupu. 1-ci tur

Niderland – Yaponiya 2:2

Stadion: “AT&T Stadium” (Arlinqton, ABŞ)

Baş hakim: İsmail Elfat (ABŞ)

Niderland: Verbruggen, Dumfris, van de Ven, Van Deyk, van Heke, Qravenberx (Ake, 81), de Yonq, Reynders (Timber, 70), Sammervill (Kopmayners, 70), Malen (Depay, 70), Qakpo (Brobbi)

Yaponiya: Z. Suzuki, Vatanabe, Taniquti, H. İto, Doan (Suqavara, 75), Kamada, Sano, Nakamura, Kubo (Oqavara, 75), Maeda (C. İto, 66), Ueda (Sioqay, 84)

Qollar: Van Deyk (51), Sammervill (64) – Nakamura (57), Kamada (89)

Sarı vərəqələr: Sammervill (61), Depay (83), Van de Ven (91)

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46