Futbol dünyası mistikanı, rəqəmlərin dilini və maraqlı təsadüfləri sevir. 2010 və 2026-cı illərin mundialları arasındakı o inanılmaz paralellər:
DÇ-2010
Status: İspaniya mundiala son Avropa çempionu titulu ilə qatılmışdı.
Püşk: “Qırmızı furiya” turnirdə H qrupunda yer almışdı.
Açılış: Turnirin açılış matçında CAR və Meksika qarşılaşmışdı.
Madrid: “Real”ın sükanı arxasına Joze Mourinyo keçmişdi.
Final: İspaniya Dünya Çempionu olmuşdu.
DÇ-2026
Status: İspaniya builki DÇ-yə də son Avropa çempionu statusunda gəlib.
Püşk: “Qırmızı furiya” turnirdə yenidən H qrupuna düşüb.
Açılış: Mundialın açılışını növbəti dəfə Meksika – CAR matçı etdi.
Madrid: “Real”ın baş məşqçi postuna yenidən Joze Mourinyo gətirildi.
Final: İspaniya…
Yoxsa tarix həqiqətən təkrarlanır? Bu inanılmaz bənzərliklərin sonu yenə “Qırmızı furiya”nın zəfəri ilə bitəcək, yoxsa futbolun builki ssenarisi tamam fərqli sürprizlər hazırlayıb? Cavabı tezliklə yaşıl meydanlarda görəcəyik!