U-20 millisinin sükanı kimə tapşırılacaq?

20.02.26 | 14:25
Ölkə futbolu

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) yaxın günlərdə 20 yaşadək futbolçulardan ibarət milli komandanın yeni baş məşqçisini elan etməyə hazırlaşır. Bu təyinat Azərbaycan futbolu üçün xüsusi strateji önəm daşıyır. Belə ki, yeni baş məşqçi yığmanı 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi gənclər arasında Dünya Çempionatına hazırlayacaq.

Son bir ay ərzində Bakıda aparılan müzakirələrdən sonra namizədlər siyahısı iki nəfərə qədər daralıb. Hazırda əsas favorit portuqaliyalı mütəxəssis Rui Jorje hesab olunur. O, 2010–2025-ci illər aralığında Portuqaliyanın U-21 yığmasına rəhbərlik edib. Beynəlxalq arenada gənc istedadlarla uzunmüddətli və uğurlu iş təcrübəsi AFFA rəhbərliyinin seçimində həlledici rol oynayır.

Siyahıda ikinci ciddi namizəd “Sabah” klubunun U-19 komandasının baş məşqçisi Adino Mustedanagiçdir. Yerli futbol mühitinə yaxından bələd olması və klub səviyyəsində gənclərlə əldə etdiyi uğurlu nəticələr onu bu vəzifə üçün real namizədə çevirib.

Qeyd edək ki, ilkin mərhələdə müzakirə olunan üçlükdə “Trabzonspor”un hazırkı baş məşqçisi Fatih Tekkenin də adı var idi. Lakin son məlumatlara görə, seçim prosesi artıq Rui Jorje və Adino Mustedanagiç üzərində cəmləşib.Dünya çempionatının ev sahibi kimi Azərbaycan yığmasının üzərinə böyük məsuliyyət düşür. Yeni təyin olunacaq baş məşqçinin əsas vəzifəsi qısa müddət ərzində dünya nəhəngləri ilə rəqabət aparacaq perspektivli və güclü heyət formalaşdırmaq olacaq.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27