“Turan” yarımfinalda

05.03.26 | 14:09
Ölkə futbolu

Ölkə kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində keçirilən “Kəpəz” – “Turan Tovuz” matçı, gözlənildiyi kimi, yüksək gərginlik və taktiki mübarizə ilə yadda qaldı. İlk oyundakı minimal üstünlüyü (1:0) qorumaqla kifayətlənməyən Tovuz təmsilçisi, Yevlaxda keçirilən görüşdə daha inamlı təsir bağışlayaraq qələbəs Qurban Berdiyevin yetirmələri oyuna yüksək konsentrasiya və soyuqqanlılıqla başladılar. “Kəpəz”in ev sahibi üstünlüyündən istifadə edərək hazırladığı “gizli planları”na qarşı qonaqlar dəmir intizamı və taktiki hazırlığı ön plana çıxardılar. Bu yanaşma çox keçmədən öz bəhrəsini verdi: Enrike Silva rəqib müdafiəsindəki boşluğu ustalıqla dəyərləndirərək hesabı açdı və ümumi fərqi ikiyə çatdırdı.ini rəsmiləşdirdi.

İkinci hissənin startında səhnəyə çıxan Hayderson Urtado, vurduğu qolla “Kəpəz”in geri dönüş ümidlərini demək olar ki, sıfıra endirdi. Matçın yekun nəticəsini müəyyənləşdirən bu qol, “Turan Tovuz”un yarımfinal yolunu tamamilə hamarlaşdırdı.

Gəncə təmsilçisi Rauf Hüseynli və Camal Cəfərovun oyuna daxil olması ilə hücumda canlanma yaratmağa çalışsa da, Berdiyevin qurduğu “müdafiə səddi” keçilməz qaldı. Qapıçı Sergey Samok inamlı seyvləri ilə diqqət çəkdi, müdafiə xəttində isə Roderik Miller və kapitan Dioqo Verdaşka arasındakı koordinasiyalı oyun rəqib hücumçulara şans tanımadı.

Hər iki görüşdə qapısını toxunulmaz saxlayan “Turan Tovuz”, adını inamla yarımfinala yazdırdı. Bu qələbə ilə Tovuz klubu kubokun əsas favoritlərindən biri olduğunu bir daha nümayiş etdirdi.

KƏPƏZ – TURAN TOVUZ 0:2 (0:1)

Qollar: Silva, 13 (0:1); Urtado, 51 (0:2)

Baş hakim: Cavid Cəlilov. İlk oyun: 0:1.

“Kəpəz”: Yusif İmanov, Ehtiram Şahverdiyev (Rauf Hüseynli, 46), Fərid Nəbiyev, Şakir Seyidov, Rəhman Hacıyev (Camal Cəfərov, 46), Paçu, Dioqo Verdaşka (k), Olavale Onanuqa, Adama Fofana, Mate Abuladze, Renosuke Ohori.

“Turan Tovuz”Sergey Samok, Filip Ozobiç, Rəhim Sadıxov (Roberto Olabe, 67), Ayxan Hüseynov (İbrahima Vadji, 66), Roderik Miller, Enrike Silva, Alexandro Serrano, Jo Batista, Emmanuel Hakman (k) (Mark Mampassi, 67), Hayderson Urtado, Jorje Silva (Faiq Hacıyev, 66).

Sarı vərəqələr: Verdaşka, 31. Şahverdiyev, 45. Serrano, 89. 

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27