Toppuşun arzusu

31.03.26 | 09:04
Ölkə futbolu

Utandıran kubok sevinci

Dünən milli komandamız dünyanın ən kasıb ölkələrindən biri olan Syerra-Leone yığması ilə heç-heçə oynayıb penaltilərdə qalib gəldi. Millimizin qapıçısı həlledici penaltini qaytardıqdan sonra sevinc içində elə qaçdı ki, mən də divandan durub qaçmaq istədim. Amma yadıma düşəndə ki, bu sadəcə yoldaşlıq oyunudur, donub qaldım yerimdə. Millinin oyunçuları elə sevinir, elə atılıb-düşürdülər ki, onların yerinə mən utandım. İkicə oyuna reytinqinə görə dünyanın 167-ci və 120-ci komandalarını udmaqla kubok qazanmaqla belə sevinmək arasında bir psixoloji uçurum olmalıdır. Natamamlıq kompleksidirmi, əziklik hissidirmi, yoxsa uşaqlıq arzularının mini səhnəciyini yaşamaq istəyidirmi? Bu uçurum barədə psixoloqlarımız daha yaxşı bilər. “International friendlies”, yəni “beynəlxalq yoldaşlıq oyunları” yazılan tablonun qarşısında Kuboku elə qaldırır, elə seivinirdilər ki, sanki mötəbər bir turnirin qalibi olublar. Həm də özləri özlərinə kubok verir, təltif edir. Açığı bu səhnəyə görə xəcalət çəkdim.  Yadıma uzun illər əvvəl baş vermiş bir hadisə düşdü. Məhəlləmizdə bir imkanlı qonşumuz vardı, alverlə məşğul idi. Bu kişinin futbol həvəskarı olan bir toppuş oğlu var idi. Gecə-gündüz  topla həyətdə gəzirdi. Bir gün gördüm, həyətimizin balaca asfalt stadionunda qələbəlikdi, çoxlu uşaqlar var, qızğın oyunlar gedir. Soruşanda dedilər, çempionatdır. Nə isə, oyun bitdi, kənardan kubok və medallar gətirdilər, kapitan sarğısında olan bu toppuş oğlan da kuboku qaldırdı, şar uçurtdular, fişəng atdılar. Sən demə toppuşun arzusu çempion olmaq imiş, atası da gedib Sədərəkdən kubok, medal alıb, komandaları bölüb, bütün zəifləri o biri komandalara, bütün güclüləri isə toppuşun komandasına verib, bir dənə də hakim gətirib və oğlunun arzusunu yerinə yetirib. O toppuş oğlan bir neçə ay kubok və medalla həyətdə gəzirdi və inanırdı ki, ciddi bir kuboku qazanıb. Dünən bizim toppuş da vardı o şənlikdə. AFFA-nın baş katibi Cahangir Fərəcullayev bapbalaca kubokdan iki əllə yapışıb uşaq kimi tullananda həmin qonşumuz toppuş oğlanı yadıma saldı. Deyilənə görə, o bala mişoppadan futbolçu zad olmadı, hələ də atası onun arzularını yerinə yetirməklə məşğuldur. Bu qələbənin böyüyə bilməyən futbolçularımıza nə verdiyini söyləmək çətindir, amma balaca uşaqlara xeyri oldu. Ən azı futbola baxan məktəblilər Syerra-Leonenin Afrika qitəsində yerləşən kiçik bir ölkə olduğunu, paytaxtının Freetoun, yəni Azad Şəhər adını daşıdığını öyrəndi. Ümid edirəm ki, millinin “möhtəşəm və tarixi qələbə” sevincindən ağlını itirən oyunçuları Syerra-Leonu gənclərinə təsəlli verməyi unutmadı. Yəqin, sanki Millətlər Liqasında üst qrupa adlamış kimi şəstlə addımlayan Ayxan Abbasov oyunçularına başa salıb ki, Bakıya gələn Syerra-Leonu futbolçuları diri-diri yeyilməkdən qurtarmış gənclərdir. Bu ölkədə hələ də hər il neçə-neçə yeniyetməni mistik rituallar zamanı parça-parça edib, orqanlarını neçə yerə bölür və bədən hissələrini satırlar.

Syerra-Leonedə faydalı qazıntı yeri

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27