“Sumqayıt” “Kəpəz”dən ağır zərbə aldı

27.02.26 | 17:50
Ölkə futbolu

Premyer Liqanın 22-ci turu gözlənilməz nəticə ilə start götürüb. Turnir cədvəlinin alt sıralarında qərarlaşan “Kəpəz”, doğma meydanda avrokuboklar üçün mübarizə aparan “Sumqayıt”ı qəbul edib.

2026-cı ilə olduqca qeyri-sabit başlayan “Gənclər şəhəri” təmsilçisi, bu turda da azarkeşlərini məyus edərək ağır məğlubiyyətlə üzləşib. Halbuki oyundan əvvəl proqnozlar Azər Bağırovun komandasının əleyhinə idi. “Qarabağ” üzərindəki sensasiyalı (2:0) qələbədən sonra keçirdiyi 4 oyunda cəmi bir xal toplayan Gəncə klubu, bu dəfə əsl xarakter nümayiş etdirdi. İlk hissədəcə vurulan 3 cavabsız qol “Kəpəz”in turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmaq yolunda vacib addım oldu.

“Sumqayıt” üçün isə bu məğlubiyyət avrokubok iddialarına ciddi zərbə vurdu. Komandanın hücumdakı kəsərsizliyi və müdafiə xəttindəki fərdi səhvlər növbəti xal itkisini qaçılmaz etdi. Nikola Ninkoviçin qırmızı vərəqə alaraq meydandan qovulması isə qonaqların vəziyyətini tamamilə çətinləşdirdi.

KƏPƏZ – SUMQAYIT 3:0 (3:0)

Qollar: Ohore, 2 (1:0), Paçu, 19 (2:0), 40-pen. (3:0)

Baş hakim – Rəşad Əhmədov.

“Kəpəz”Yusif İmanov, Ehtiram Şahverdiyev, Fərid Nəbiyev (Fərid Kələntərov, 79), Rəhman Hacıyev (Camal Cəfərov, 79), Paçu (Sadiq Şafiyev, 68), Dioqo Verdaşka (k), Olavale Onanuqa (Ümid Səmədov, 79), Mahamadu Ba (Əli Səmədov, 58), Adama Fofana, Mate Abuladze, Renosuke Ohore.

“Sumqayıt” Mehdi Cənnətov (k), Rüstəm Əhmədzadə (Sənan Muradlı, 75), Emil Mustafayev (Aleksa Yankoviç, 46), Səbuhi Abdullazadə, Nadir Orucov, Nikola Ninkoviç, Rayan Senhaci, Sedrik Badolo (Nihat Əhmədzadə, 66), Danilo Beskorovaynı, Masaki Murata (Simon Nsane, 46), Keffel (Vüsal Paşayev, 66).

Sarı vərəqələr: Ba 12, Mustafayev 35 Ninkoviç 45+1, İmanov 45+2, Orucov 57Qırmızı vərəqə: Ninkoviç, 62 (ikinci sarı vərəqə)

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27