“Şəfa” növbəti mövsüm üçün hazırlıq planını təsdiqləyib. Klubdan verilən məlumata görə, baş məşqçi Zaur Həşimovun rəhbərlik etdiyi komanda iyulun 2-də Bakıda bir araya gələrək hazırlığın ilk mərhələsinə start verəcək. Təlim-məşq toplanışının ikinci mərhələsi isə bölgədə təşkil olunacaq. Belə ki, kollektiv iyulun 20-dən avqustun 9-dək Qəbələdə düşərgə salacaq.
Mövsümöncəsi hazırlıq çərçivəsində “Şəfa”nın bir neçə yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulur. Sözügedən sparrinqlərin dəqiq tarixi və məkanı barədə əlavə məlumat veriləcək.