“Real”da böyük inqilab: Mourinyo 13 ildən sonra geri qayıdır?

11.05.26 | 21:03
Dünya futbolu

Mövsümün sonunda “Real”da baş məşqçi dəyişikliyinin baş verəcəyi artıq rəsmiləşib. İspaniya mətbuatında Xabi Alonsonun istefasından sonra vakant qalan posta əsas namizəd kimi Joze Mourinyonun adı hallanır. Hər nə qədər Portuqaliya mütəxəssis bu xəbərləri təkzib etsə də, “AS” nəşrinin tanınmış jurnalisti Xose Feliks Dias tam fərqli məqamlara işıq tutub.

“Real” XXI əsrdəki ən bərbad mövsümlərindən birini yaşayır. Titulsuz başa vuran il, Xabi Alonsonun gedişi, komanda daxilindəki gərgin atmosfer və paltardəyişmə otağında baş verən dava klub rəhbərliyini radikal addımlar atmağa məcbur edib. Florentino Peresin planlaşdırdığı “böyük inqilab”ın siması isə məhz Joze Mourinyo ola bilər.

Hazırda Portuqaliyada çalışan Mourinyo “Bənfika” ilə oyundan əvvəl keçirilən mətbuat konfransında “Real” şayiələrinə belə reaksiya verib: Daim “Real” haqqında danışırlaramma mən bu mövzudan qaçıramKlubla heç bir təmasım olmayıb. Xüsusən mövsümün final mərhələsində kimsə ilə danışıqlar aparmıram. “Eştoril”lə matça qədər bu mövzuda səbrsizlik nümayiş etdirə bilmərəm. Yalnız ondan sonra bir həftəlik boşluğum olacaq və hər kəslə danışa bilərəm. Görüşlər və tələblər barədə yayılan xəbərlər sadəcə spekulyasiyadır”.

Lakin “AS” jurnalisti iddia edir ki, vəziyyət Mourinyonun dediyindən daha ciddidir: “Mourinyo hər şeyi bilir. Bu mövsüm klubda baş verənlər, xüsusən son günlərin hadisələri barədə ona ətraflı məlumat verilib. Onun əlində hər bir futbolçu haqqında xüsusi hesabatlar var. Əgər portuqaliyalı təklifi qəbul edərsə, rəhbərlik bütün səlahiyyətləri ona verəcək. Florentino Peres komandanın idarəçiliyini yenidən ona etibar etmək niyyətindədir”.

Mourinyo hazırkı heyətin nüvəsinin qalacağını bilsə də, Madridə dönüşünü “son rəqs” kimi qiymətləndirmək üçün müəyyən şərtlər irəli sürüb. Təcrübəli mütəxəssis artıq gücləndirilməsi vacib olan mövqeləri və sxemləri müəyyənləşdirib. Əgər tərəflər razılığa gəlsə, “Santyaqo Bernabeu”da 13 ildən sonra “Special One” (Xüsusi biri) dövrü yenidən başlayacaq.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27