“Real Madrid” FİFA-ya şikayət edir

16.09.25 | 08:26
Dünya futbolu

Madrid “Real”ı FİFA-ya La Liqada üzləşdiyi hakim səhvləri ilə bağlı sənəd təqdim edəcək. Bu məlumatı bir müddət əvvəl Madrid klubunun televiziyası yaymışdı. Sənəddə “Kral klubunun” ölkə çempionatının ilk 4 turunda və eləcə də ötən mövsümdəki oyunları zamanı hakimlərin buraxdıqları səhvlərlə bağlı məlumat yer alacaq. “As” qəzetinin yazdığına görə, rəhbərlik sənədi yekunlaşdırmaq üzrədir. Orada çoxsaylı hesabatlar, statistik məlumatlar və matçların videoyazıları yer alacaq.

“Real” rəhbərliyi Arda Gülərin “Malyorka” ilə oyunda sayılmayan qolunu, “Real Sosyedad”la görüşdə Din Heysenin aldığı qırmızı vərəqəni və düzgünlüyü şübhə doğuran ofsaydları xüsusi qeyd edəcək.

Videolarda həmçinin ötən mövsüm “Selta” ilə matçda “Barselona”nın keçmiş müdafiəçisi İnyiqo Martinsə qırmızı vərəqə göstərilməməsi yer alacaq. Halbuki bənzər epizoda görə Heysen meydandan qovulmuşdu. Bundan əlavə, FİFA-ya “Neqreyra işi” haqqında məlumat veriləcək. Məsələn, İspaniya hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyranın “Barselona”ya referi Jesus Hil Mansanonun “qayğısına qalmağı” tövsiyə etməsi göstəriləcək. Bundan başqa Neqreyra və onun oğlu ilə əlaqəsi olan hakimlərin siyahısı təqdim olunacaq.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27