Qurban Qurbanov: “Böyük hesablı qələbə bizi arxayınlaşdırmamalıdır”

26.04.26 | 22:48
Ölkə futbolu

Premyer Liqanın 29-cu turunun mərkəzi qarşılaşmasında “Neftçi”ni 5:1 hesabı ilə məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis komandasının oyunundan razı qalsa da, qarşıdakı sınaqlar öncəsi futbolçularına xəbərdarlıq edib.

Qurban Qurbanov sözlərinə futbolçularını və azarkeşləri təbrik edərək başlayıb: “Futbolçularımı təbrik edirəm, bu gün meydanda həqiqətən yaxşı oyun nümayiş etdirdilər və bizim üçün vacib olan üç xalı aktivimizə yazdıq. Stadiondakı ab-havaya görə hər iki komandanın azarkeşlərinə xüsusi təşəkkürümü bildirirəm”.

Mütəxəssis start heyətində etdiyi bəzi dəyişikliklərə də aydınlıq gətirib. O, sıx təqvimin komandaya təsir etdiyini gizlətməyib: “Start heyətini müəyyənləşdirərkən futbolçuların fiziki hazırlığını əsas götürdük. Çox gərgin qrafikdə oynayırıq və bəzi uşaqlarda ciddi yorğunluq var idi. Buna görə də rotasiyalara əl atdıq. Şadam ki, şans verdiyimiz futbolçular məşqlərdəki əziyyətlərini yerə vurmadılar və özlərini ən yaxşı tərəfdən göstərdilər”.

Derbi öncəsi hazırlıq prosesindən danışan Qurbanov, rəqibin adının futbolçular üçün kifayət olduğunu bildirib: “Hazırlaşmaq üçün cəmi bir günümüz və bircə komanda məşqimiz var idi. Lakin “Neftçi”yə qarşı oynayanda futbolçulara əlavə motivasiya verməyə ehtiyac qalmır. Belə böyük oyunlarda həm futbolçular mübarizə aparmaqdan, həm də azarkeşlər izləməkdən zövq alırlar”.

Qələbənin sevincini çox uzatmayan baş məşqçi, diqqəti növbəti matça yönəldib. O, 5:1-lik hesabın komandada arxayınlıq yarada biləcəyindən ehtiyatlanır: “Bizim üçün növbəti qarşılaşma daha böyük əhəmiyyət kəsb edir. Komandanı həmin oyuna psixoloji cəhətdən düzgün hazırlamalıyıq. Böyükhesablı qələbələr bəzən futbolçularda yersiz arxayınlıq yaradır. Bu səbəbdən növbəti oyunun hazırlıq prosesi bizim üçün daha çətin və məsuliyyətli keçəcək”.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27