Qərb derbisində sülh: “Turan-Tovuz” xal itirdi, “Kəpəz” revanş ala bilmədi

15.03.26 | 19:19

Premyer Liqanın 25-ci turu çərçivəsində Yevlax şəhər stadionunda növbəti maraqlı qarşılaşma baş tutub. Turnir cədvəlinin üst sıraları uğrunda mübarizə aparan Kurban Berdiyevin “Turan-Tovuz”u autsayderlər zonasından uzaqlaşmağa çalışan “Kəpəz”lə qarşılaşıb.

Matçın ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar. İkinci hissəyə daha fəal başlayan Azər Bağırovun yetirmələri 55-ci dəqiqədə Rəhman Hacıyevin vurduğu qolla hesabı açıblar. Lakin gəncəlilərin sevinci cəmi 6 dəqiqə çəkib. 61-ci dəqiqədə tovuzluların hücumçusu Jo Batista tarazlığı bərpa edərək komandasını məğlubiyyətdən xilas edib.

Beləliklə, son 5 oyunda uduzmayan “Turan-Tovuz” bu heç-heçə ilə xallarının sayını artırsa da, məhsuldarlıq problemi yenidən özünü büruzə verib. “Kəpəz” isə kubokdakı məğlubiyyətin revanşını ala bilməyərək bir xalla kifayətlənib.

KƏPƏZ – TURAN-TOVUZ 1:1 (0:0)

Qollar: R. Hacıyev, 55 (1:0). Jo, 61 (1:1).

Baş hakim: Tural Qurbanov.

“Kəpəz”: Məmməd Hüseynov, Ehtiram Şahverdiyev (Camal Cəfərov, 88), Rəhman Hacıyev, Rauf Hüseynli, Fərid Nəbiyev, Paçu, Dioqo Verdaşka (k), Olavale Onanuqa (Şakir Seyidov, 65), Adama Fofana, Mate Abuladze, Mahamadu Ba.

“Turan Tovuz”: Sergey Samok, Rəhim Sadıxov, Ayxan Hüseynov (İbrahima Vadji, 65), Enrike Silva (Faiq Hacıyev, 43), Alexandro Serrano, Jo Batista, Emmanuel Hakman (k), Hayderson Urtado, Jiorje Silva, Roberto Olabe (Filip Ozobiç, 66), Mark Mampasi.

Sarı vərəqələr: Jo, 67.  Verdaşka, 73.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27