Nyukaslda abırlı məğlubiyyət

24.02.26 | 23:16
Ölkə futbolu

Bakıdakı bərbad oyun və böyük hesablı məğlubiyyətdən sonra heç kim “Qarabağ”dan möcüzə gözləmirdi. Azarkeşlərin tək istəyi Nyukaslda biabırçı məğlubiyyətin olmaması idi. İlk 6 dəqiqədə ingilislərin 2 top vurması “Qarabağ” fanatlarının canına vəlvələ salsa da, qorxduqları başlarına gəlmədi.  Qurban Qurbanovun komandası üçün artıq itiriləcək heç nə yox idi və risklərə göz önünə almaqdan başqa çıxış yolu yox idi. İngilis klubu ilə müdafiəyə oturub bəxtə ümid etmək özünə qəsd olardı. Görünür, Qurbanov da rəqibi yaxşı analiz etmiş, ağır məğlubiyyətin səbəbini anlamışdı. Bu dəfə onun yetirmələri daha sürətli oynayır, daha çevik düşünür və çevik qərarlar verirdi. İngilis klubu ilə başqa cür heç bir halda yaxşı nəticəyə ümid etmək mümkün deyildi. Belə mental dəyişiklik öz bəhrəsini verdi. “Qarabağ” uduzsa da, tablodakı hesab abırlı oldu. Doğrudur, “Nyukasl” futbolçularının rahatlığı da buna imkan verdi. Amma istənilən halda Qurbanov məqsədinə nail oldu və Bakıdakı biabırçı nəticə, ən əsası bərbad oyun təkrarlanmadı. Amma yüksək tempdə oynamağın fəsadları da oldu. “Qarabağ” üçün mövsümün kəşfi olan Kamilyo Duran elə duran yerdə zədələnərək meydanı tərk etməli oldu.

Pley-off, cavab oyunu

“Nyukasl” – “Qarabağ” 3:2 (ilk oyun 6:11)

Qollar: Tonali, 4 (1:0). Joaelton, 6 (2:0). Duran, 51 (2:1). Botman, 52 (3:1). Cəfərquliyev, 57 (3:2).

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27