Premyer Liqanın 29-cu turunun daha dörd oyunu üçün təyin olunmuş baş hakimlər adları açıqlanıb. PFL-in məlumatına əsasən, təyinatlar aşağıdakı kimidir:
26 aprel
16:00 “Şamaxı” – “Kəpəz”
Məkan: Şamaxı şəhər stadionu
Baş hakim: Rəşad Əhmədov
19:00 “Neftçi” – “Qarabağ”
Məkan: Bakı, “Palms Sports Arena”
Baş hakim: Tural Qurbanov
27 aprel
18:00 “Turan-Tovuz” – “Zirə”
Məkan: Tovuz şəhər stadionu
Baş hakim: Rəvan Həmzəzadə
20:00 “Sabah” – “Karvan-Yevlax”
Məkan: Masazır, “Bank Respublika Arena”
Baş hakim: Kamranbəy Rəhimov