Millimiz Banqkokdan gümüş medalla döndü

15.03.26 | 19:21
Digər növlər

Taylandın paytaxtı Banqkok şəhəri 3×3 basketbol üzrə FİBA Çempionlar Kubokuna ev sahibliyi edib. Gərgin keçən turnirdə ölkəmizi təmsil edən qadınlardan ibarət millimiz yüksək nəticə göstərərək fəxri kürsüyə qalxıb.

Heyəti Erika Karter, Tatyana Deniskina, Aleksandra Mollenhauer və Brianna Freyzerdən ibarət olan yığmamız turnirin qrup mərhələsində inamlı oyun nümayiş etdirib. B qrupunda yer alan yığmamız Kanada (10:16), ev sahibi Tayland (21:8) və İspaniya (16:11) seçmələri ilə qarşılaşıb. Bu nəticələrlə qrupu ikinci pillədə başa vuran basketbolçularımız yarımfinala vəsiqə qazanıblar.

Yarımfinal mərhələsində qızlarmız dünyanın ən güclü komandalarından biri olan ABŞ seçməsi ilə üz-üzə gəlib. Dramatik mübarizə şəraitində keçən qarşılaşmada basketbolçularımız 22:20 hesablı əzmkar qələbə qazanaraq adlarını finala yazdırıblar.

Çempionluq uğrunda həlledici matçda Niderland yığması ilə qarşılaşan təmsilçilərimiz bu dəfə rəqibin müqavimətini qıra bilməyiblər (12:21). Beləliklə, millimiz turniri ikinci pillədə tamamlayaraq gümüş medallara sahib çıxıb.

Qeyd edək ki, Çempionlar Kubokunun qalibi 2027-ci ildə keçiriləcək Dünya Kubokuna, növbəti Çempionlar Kubokuna və 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarının təsnifat turnirinə birbaşa vəsiqə əldə edib.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27