Messinin illik qazancı məlum oldu

13.03.26 | 18:44
Dünya futbolu

“İnter Mayami” klubunun həmsahibi Xorxe Mas argentinalı superulduz Lionel Messinin illik məvacibi ilə bağlı maraqlı detalları paylaşıb. “Bloomberg”ə müsahibə verən amerikalı iş adamı, dünya futbolunun canlı əfsanəsinə ödənilən məbləği ilk mənbədən təsdiqləyib.

Klubun ortaq tərəfdaşı olan Mas, Messinin komandadakı maddi dəyərini yüksək qiymətləndirib. O, 38 yaşlı futbolçunun transferinin klub üçün sadəcə idman uğuru deyil, həm də strateji bir gediş olduğunu vurğulayıb: “Mən Messiyə ödəniş edirəm və inanın ki, o, hər qəpiyinə dəyər. Bu il onun xalis qazancı bütün bonuslar daxil olmaqla 70-80 milyon dollar arasında dəyişir. Hər şey bu məbləğə daxildir”.

Hər nə qədər klubdan alınan maaş 80 milyon dollara yaxın olsa da, Messinin maliyyə imkanları bununla bitmir. İspaniya mətbuatının yaydığı məlumatlara görə, ulduz futbolçunun müxtəlif qlobal brendlərlə olan sponsorluq müqavilələri və şəxsi marketinq gəlirləri onun büdcəsini ikiqat artırır.

Mənbələr qeyd edir ki, reklam tərəfdaşlıqları və MLS-in xüsusi yayın gəlirləri də daxil olmaqla, Messinin illik ümumi qazancı 150 milyon dollar civarındadır. Bu rəqəm onu nəinki ABŞ-da, eləcə də dünya idmanında ən çox qazanan simalardan birinə çevirir.

Xatırladaq ki, 2023-cü ildən “İnter Mayami” forması geyinən Messi, ABŞ-da futbolun populyarlığının artmasında və MLS-in kommersiya dəyərinin yüksəlməsində əsas rol oynamağa davam edir.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27