“Sumqayıt” yenə büdrədi

07.03.26 | 15:56
Ölkə futbolu

Sonuncu dəfə yanvarın 30-da məhz “Karvan” üzərində səfər qələbəsindən sonra “Sumqayıt” gözlənilmədən qara zolağa düşdü. Son 4 oyunda yalnız bir qolsuz heç-heçə etməklə qalan 3 oyunda uduzan Gənclik şəhərinin təmsilçiləri mükafat yerləri uğrunda mübarizə imkanlarını xeyli büdrətdi. Turnir cədvəlinin sonuncu pilləsindən asılı qalan yevlaxlılar rəqibin düşdüyü durumu yaxşı anlayırdı və bu səbəbdən bu oyunda kifayət qədər cəsarətli oldular. Xüsusən də ilk yarıda meydan sahibləri azı iki-üç dəfə rəqib qapısı önündə gərginlik yarada bildi. Lakin ustalıq səviyyəsinin aşağı olması özünü göstərdi. Demək olar bərabər keçən ilk yarı qolsuz başa çatdı.

İkinci hissənin əvvəlində vəziyyət dəyişdi. Qonaqların kapitanı Abdullazadə penalti ilə hesabı açdı. Bundan sonra yevlaxlılar fəallıq göstərərək məğlubiyyətdən qaçmağa çalışsa da, sumqayıtlılar diqqətli oynayaraq qələbəyə xeyli yaxınlaşmışdılar. 71-ci dəqiqədə “Sumqayıt” fərqi artırmaq üçün növbəti şans qazandı. Lakin bu dəfə “Karvan-Yevlax”ın qolkiperi Pedru Mateuş, Rüstəm Əhmədzadənin penalti zərbəsini dəf edərək komandasını oyunda saxladı.

Oyunun son dəqiqələri Yevlax təmsilçisinin gərgin təzyiqi ilə yadda qaldı. “Kimyaçılar” qələbə hesabını qorumağa çalışsa da, 90+4-cü dəqiqədə Coy-Sleyd Mikkels bərabərlik qolunu vuraraq qonaqların qələbə ümidlərini puç edib.

Bu heç-heçə ilə “Sumqayıt” faktiki olaraq Avrokuboklara vəsiqə qazanmaq şansını minimuma endirdi. Füzuli Məmmədovun rəhbərlik etdiyi “Karvan-Yevlax” isə 21 oyunluq qələbəsizlik seriyasına son qoya bilməsə də, son saniyələrdə 1 xal qazanmağı bacarıb.

KARVAN-YEVLAX – SUMQAYIT 1:1 (0:0)

Qollar: S. Abdullazadə, 51-pen. (0:1); Mikkels, 90+4 (1:1)

Baş hakim: Əli Əliyev.

Karvan-Yevlax: Pedru Mateuş, Vadim Abdullayev, Rauf Rüstəmli (Uğur Cahangirov, 76), Elvin Yunuszadə (k), Emin Rüstəmov (Piter Kinqs, 69), Coy-Sleyd Mikkels, Şakil Sno, Kayl Spens (Samir Abdullayev, 75), Moyze Ngvisani, Qavi Tompson, İmani Barker.

Sumqayıt: Xəyal Fərzullayev, Rüstəm Əhmədzadə, Aleksa Yankoviç (Emil Mustafayev, 66), Səbuhi Abdullazadə (k), Nadir Orucov, Rayan Senhaci, Sedrik Badolo (Simon Nsane, 66), Nihat Əhmədzadə (Sənan Muradlı, 81), Danilo Beskorovaynı, Masaki Murata, Keffel.

Sarı vərəqələr: Beskorovaynı, 33. Murata, 71.

Qaçırılan penalti: Əhmədzadə, 73 (qapıçı).

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27