“İmişli” Berdiyevin planlarını pozdu

01.03.26 | 19:05

Ötən turda “Qəbələ”ni darmadağın edərək 3-cü pillədəki mövqeyini möhkəmləndirən “Turan-Tovuz”, bu dəfə azarkeşlərini sevindirə bilmədi. Avrokubok yolunda vacib xallar toplamağa çalışan Tovuz təmsilçisi, autsayder qismində çıxış edən “İmişli” səddini aşa bilmədi.

Matçdan öncə mütəxəssislər Qurban Berdiyevin yetirmələrini aşkar favorit hesab edirdilər. Xüsusilə “İmişli”nin 9 turdur qələbə qazanmaması bu ehtimalı gücləndirirdi. Lakin Jorje Kaşkiilyanın komandası Tovuzda əsl xarakter nümayiş etdirdi.

İlk hissə ehtiyatlı oyunla yadda qaldı. Tovuzlular hücumda kəsərli ola bilmədilər, qonaqlar isə əks-hücumlarda təhlükə yaratmağa çalışırdılar.

İkinci yarıda Berdiyev hücumu gücləndirmək üçün Jo və Coş Ginnelli kimi oyunçuları meydana buraxsa də, “İmişli”nin müdafiə xətti və qapıçı Andrey Sinenka etibarlı oyunu ilə qapısını toxunulmaz saxladı.

Oyun kifayət qədər gərgin keçdi, bunu hakim Fərid Hacıyevin göstərdiyi sarı vərəqələrin sayından da görmək olar. Xüsusilə oyunun son dəqiqələrində hər iki komanda ehtiyatlı davranmağa məcbur idi

“Turan-Tovuz” bu bərabərliklə 3-cü pillədə qalsa da, rəqibləri ilə xal fərqini daha da açmaq şansını əldən verdi.

TURAN TOVUZ – İMİŞLİ 0:0

Baş hakim: Fərid Hacıyev.

“Turan-Tovuz”: Sergey Samok, Filip Ozobiç (Roberto Olabe, 83), Rəhim Sadıxov, Ayxan Hüseynov (Coş Ginnelli, 83), Roderik Miller, Enrike Silva, Alexandro Serrano, İbrahima Vadji (Jo, 46), Emmanuel Hakman (k), Hayderson Hurtado, Jorje Silva.

“İmişli”: Andrey Sinenka, Azər Salahlı (k), İdris İnqilablı (Həzrət İsayev, 90+2), Rafael Vieqas, Nikola Karaklayiç (Abbas Ağazadə, 80), Edvin Banquera, Ronaldo Rodriqes, Dioqu Almeyda, Dioqu Rollo, Ezekiyel Morqan, Juninyo (Dioqu Kardozu, 63).

Sarı vərəqələr: Hakman, 30. Karaklayiç, 70. Enrike Silva, 77. Jorje Silva, 86. Ronaldo Rodriqes, 90+3.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27