Əşrəf Hakimi Afrikada ilin futbolçusu oldu

20.11.25 | 14:47
Dünya futbolu

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi Afrikada ilin futbolçusu seçilib. Mərakeşli müdafiəfçi bu mübarizədə “Liverpul”un misirli hücumçusu Məhəmməd Salahı və “Qalatasaray”ın nigeriyalı forvardı Viktor Osimheni geridə qoyub.

Təqdimat mərasimində çıxış edən Hakimi belə deyib: “Bu nüfuzlu mükafatı almaq mənim üçün həqiqətən şərəfdir. Bu mükafat təkcə mənim deyil, Afrikada futbolçu olmaq arzusu ilə yaşayan bütün güclü kişi və qadınlar üçündür. Həm də o kəslərindir ki, onlar uşaqlığımdan mənim peşəkar futbolçu olacağıma inanıblar”.

Mükafatlandırma mərasimi Mərakeşin paytaxtı Rabatda keçirilib. Hakimiyə mükafatı FIFA prezidenti Canni İnfantino və Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti Patris Motsepe təqdim edib. Xatırladaq ki, Hakimi 1973-cü ildə bu titulu qazanan zairli Bvanqa Çimenedən sonra “Qara qitə”nin ən yaxşı oyunçusu seçilən ilk müdafiəçidir.
 27 yaşlı Hakimi 2021-ci ilin yayından PSJ-də çıxış edir. Bu müddətə dörd dəfə Fransa çempionatının, üç dəfə Fransa Superkubokunun, iki dəfə Fransa kubokunun və Çempionlar Liqasını qalibi olub. Hakimi həmçinin “İnter”in, Dortmund “Borussiya”sı və “Real”ın formasını geyinib. “Real”ın heyətində Çempionlar Liqasını, Klublararası Dünya Kuboku, UEFA Superkuboku və İspaniya Superkubokunu qazanıb. Müdafiəçi “Borussiya” ilə Almaniya Superkubokunu və “İnter” lə A seriyasının qalibi olub.

Hakimi millində 2016-cı ildə debüt edib. Yığmada 88 oyun keçirib, 11 qol vurub, 15 məhsuldar ötürmə edib və 2024-cü il Olimpiya turnirində bürünc medal qazanıb.

Səudiyyə Ərəbistanı “Əl-Hilal”sinın mərakeşli hücumçusu Qizlan Şebbak ilin ən yaxşı qadın oyunçusu seçilib. Kabo Verde yığmasına tarixində ilk dəfə mundiala vəsiqə qazandıran Bubişta isə ilin ən yaxşı məşqçisi adını qazanıb.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27