Əfsanəvi pilot artıq yatağa məhkum deyil

28.01.26 | 14:01
Digər növlər

Formula-1-in canlı əfsanəsi, 57 yaşlı yeddiqat dünya çempionu Mixael Şumaxer özünü daha yaxşı hiss etməyə başlayıb. Bu barədə Şumaxerin malikanəsində olan və hadisə şahidləri ilə həmsöhbət olan “Daily Mail” qəzetinin jurnalisti Conatan MakEvoy yazıb.

Məlumata görə, dünya çempionu artıq yatağa məhkum deyil və tibbi personalın köməyi ilə ev daxilində əlil arabasında hərəkət edə bilir. Mixael hələ də sutkalıq tibbi nəzarət altındadır və həyat yoldaşı Korinnadan böyük dəstək alır.

Hadisə şahidlərindən biri pilotun vəziyyətini belə təsvir edib:

“Onun hər şeyi tam dərk edib-etmədiyini əminliklə söyləmək çətindir, çünki o, danışa bilmir. Lakin ətrafda baş verənlərin bir hissəsini anladığına dair hissiyyat var, hərçənd ki, bu, yəqin ki, hər şeyi əhatə etmir”.

Xatırladaq ki, Şumaxer 12 ildən çoxdur ki, Fransa Alplarında xizək sürərkən aldığı ağır kəllə-beyin zədəsindən sonra ictimaiyyətə görünmür. O, sürətli trasda yıxılaraq başını daşa vurmuşdu.

Bundan əvvəl mətbuatda Mixaelin 2024-cü ildə qızının toyunda ilk dəfə insanların qarşısına çıxdığı və məxfiliyi qorumaq üçün qonaqların mobil telefonlarının əlindən alındığı barədə xəbərlər yayılmışdı. Lakin “Daily Mail” nəşri bu iddiaları təkzib edərək, həmin xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27