ÇL: Dumanlı Albionun qara çərşənbəsi

11.03.26 | 21:00
Dünya futbolu

Britaniya futbolu şokda! Çempionlar Liqasında son oyun günü İngiltərə klubları üçün fəlakətlə nəticələndi. “Real”ın Madriddəki “Valverde fırtınası”, PSJ-nin Parisdəki intiqamı və “Arsenal”ın Leverkuzen sınağındakı acizliyi göstərdi ki, ingilislərin builki Avropa hegemonluğu arzusu elə 1/8 finaldaca iflasa uğraya bilər.

Bukmekerlərin turnirin əsas favoriti hesab etdiyi “Arsenal”, Leverkuzendə heç də yaxşı təsir bağışlamadı. Meydan sahiblərinin üstün oynadığı və Andrihin qolu ilə hesabda irəli çıxdığı matçda londonlular yalnız matçın sonuna yaxın məğlubiyyətdən qaça bildilər. Meydana təzə daxil olan Maduekenin qazandığı penaltini sabiq “Bayer”li Kay Haverts qola çevirərək komandasına heç-heçə qazandırdı. “Topçular”ın Leverkuzendəki inamsız çıxışı bukmeker kontorlarının favoritlərlə bağlı proqnozlarını alt-üst edə bilər.

Xosep Qvardiola üçün tarixi gecə (ÇL-də 190-cı oyununa çıxaraq Aleks Ferqyusonun rekordunu təkrarladı) ağır məğlubiyyətlə yadda qaldı. Federiko Valverde hələ ilk hissədə het-trik edərək “Siti”ni darmadağın etdi. Matçın maraqlı anlarından biri “Real”ın qapıçısı Tibo Kurtuanın həm qol ötürməsi verməsi (ÇL tarixində qapıçılar arasında rekord – 3-cü asist), həm də komandasının gənc müdafiəçisinin səhvini möhtəşəm seyvlə sığortalaması oldu.

Klublararası Dünya Çempionatının finalındakı məğlubiyyətin qisasını alan PSJ, London təmsilçisini böyük hesabla üstələdi. “Çelsi” hesabı 2:2-yə çatdırıb oyuna qayıtsa da, son 15 dəqiqədə yorğunluq və qapıçı Yorgensenin kobud səhvi hər şeyi alt-üst etdi. Meydana sonradan daxil olan Xviça Kvaratsxeliya dubl edərək “Çelsi”nin ümidlərini dəfn etdi.

Turnirin əsas sensasiyası olan Norveç klubu nağılına davam edir. Əvvəlki mərhələlərdə “Mançester Siti”, “Atletiko” və “İnter” kimi nəhəngləri məğlub edən “Bude Qlimt”, evdə Lissabon təmsilçisini də inamlı hesabla keçərək Çempionlar Liqasında qələbə seriyasını 5 oyuna çatdırdı.

“Bayer” – “Arsenal” 1:1

Andrix, 46 – Haverts, 89-p.

PSJ – “Çelsi” 5:2

Barkolya, 10. Dembele, 40. Vitinya, 74. Kvaratsxeliya, 86;90+4 – Qyüsto, 28. Fernandes, 57.

“Real” – “Mançester Siti” 3:0

Valverde, 20; 27; 42.

“Bude Qlimt” – “Sportinq” 3:0

Brustad-Fet, 32-p. Blomberq, 45+1. Heq, 71.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27