Bu gün ÇL-də iki supermatç

04.11.25 | 11:39
Dünya futbolu

Bu gün Çempiolar Liqasının əsas mərhələsində növbəti tura start veriləcək. PSJ evdə cari mövsüm bütün turnirlərdə keçirdiyiyi oyunlarda qələbə qazanan “Bavariya”nı sınağa çəkəcək. “Bavariya”nın baş məşqçisi Vinsent Kompani matçdan əvvəl jurnalistlərin “PSJ-ni məğlub etmək üçün komandanız nə etməlidi?” sualının cavabında belə deyib: “İlk öncə bunu bacaracağımıza inanmalı və mükəmməl oyun göstərməliyik. Rəqibimiz Çempionlar Liqasının son qalibi və bu mövsüm favoritlərdən biridir. Səfərdə oynamaq əlavə çətinlik yaratsa da, şanslarımız olacaq”.

Almanların qapıçısı Manuel Noyer isə fransızlardan çəkinmədiklərin deyib: “Biz onlardan qorxmuruq və PSJ-yə qarşı oynamaqdan zövq alırıq. Paris klubunun yaxşı məşqçi heyəti var və güclü komandadır. PSJ ötən mövsüm Çempionlar Liqasını qazanmağa layiq idi. Onlar sürətli əks-hücumları, eləcə də uzaq məsafədən təhlükəli zərbələri var. Kəsəsi, PSJ yüksək səvviyəli komandadadır”.

PSJ-nin baş məşqçisi Luis Enrikedə qarşıdakı bağlı gözləntilərini bölüşüb. Parislilərin baş məşqçisi münhenlilərin 15 oyunluq qələbə seriyasına toxunan ispan məşqçi belə deyib: “Ardıcıl iki, üç və ya dörd oyun qazanmaq bizim üçün çətindir. 15 oyun dalba-dal qələbə qazanmaq inanılmaz nəticədir”.

Günün digər maraqlı oyunu şübhəsiz “Liverpul” – “Real” qarşılaşması olacaq. 2004-2009-cu iliər aralığında “Liverpul”un formasını geyinən və komanda ilə Çempionlar Liqasını qazanan “Kral klubu”nun hazırkı baş məşqçisi Xabi Alonso İngiltərədə keçən illərinin onun məşqçi kimi inkişafında mühüm rol oynadığını etiraf edib: “Oyunçu karyeramın beş il Rafael Beniteslə birgə keçidi və ondan çox şey öyrəndim. Elit futbolun nə olduğunu başa düşdüm və indi bu təcrübə işimdə mənə çox kömək edir. Əgər futbolu sevirsinizsə, burada oynamağı da sevəcəksiniz. O illər məni daha yaxşı oyunçu və daha yaxşı məşqçi edən gözəl illər idi. Bu gündə həmin dövrün böyük hissəsini sevinc hissiiylə xatırlayıram”.

Alonso fikrini belə tamalayıb:”Bu,  azarkeşlərin  “Enfild”də  daim səbirsizliklə gözlədiyi xüsusi oyunlardan biridir. Trentlə mənim burada öz tarixiçəmiz var. Səni çox sevdikləri yerə qayıtmaq əlbbətə xoşdur. Amma buraya işimizi görməyə və yaxşı nəticə əldə etməyə gəlmişik”.
“Napoli” – “Ayntraxt” oyunu isə bizim üçün böyük önəm daşıyır. Belə ki, növbəti turda “Qarabağ”ın rəqibi “Napoli” olacaq. Ağdam klubu 7-ci turda “Ayntraxt”la qarşılaşacaq.

21:45 Napoli – Ayntraxt CBC Sport
21:45 Slaviya – Arsenal
00:00 Atletiko – Yunion
00:00 Bude Qlimt – Monako
00:00 Liverpul – Real CBC Sport
00:00 Olimpiakos – PSV
00:00 PSJ – Bavariya İctimai TV
00:00 Tottenhem – Kopenhagen
00:00 Yuventus – Sportinq

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27