Bratislavada sensasiya: Almaniya uduzdu

05.09.25 | 08:04
Dünya futbolu

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Avropa zonasında 8 oyun keçirlib. Türkiyə millisinin Gürcüstan üzərində qələbə ilə başladığı E qrupunda favrorit İspaniya Bolqarıstanı rahatca 3:0 məğlub edib. Qitənin iki aparıcı millisi isə büdrəyib. Niderland yığması öz meydanında Polşa ilə heç-heçə oynayıb. Ən gözlənilməz hesab isə Bratislavada qeydə alınıb. Burada Almaniya millisi 0:2 uduzub. Maraqlıdır ki, Slovaklar həm hesab, həm də oyun baxımından almanlardan üstün olub.

A qrupu

Almanların seçmə mərhələyə məğlubiyyətlə başlaması qrupda intriqanı artıra bilər. Slovaklar birinci sıraya iddialı olmaqla bundestimi pley-offa göndərə bilər. Lakin almanları hesabdan silmək hələ tezdir.

Slovakiya – Almaniya  2:0

Qollar: Qanstsko, 42. Strelets, 55.

Lüksemburq – Şim. İrlandiya 1:3

Qollar: Dardai, 30 – Reid, 7. S. Çarlz, 46. Devenni, 70.        

E qrupu

İlk oyunlardan sonra gözlənildiyi kimi İspaniya qrupun favoritidir. Lakin sentyabrın 7-də Komyada Türkiyə ilə oyun potensial qrup liderini müəyyən edəcək. Gürcüstan və Bolqarıstan milliləri seçmələrə məğlubiyyətlə başlasalar da, ən azı qrup ikincisi kimi pley-offa çıxmaq şansları var.

Gürcüstan – Türkiyə 2:3

Qollar: Davitaşvili, 60. Kvaratsxeliya, 90+8 – Mert Müldür, 3. Aktürkoğlu, 41; 52.

Bolqarıstan – İspaniya 0:3

Qollar: Oyarsabal, 5. Kukurelya, 30. Merino, 38.

G qrupu

Litva – Malta 1:1

Qollar: Genetis, 90+7 – Satariano, 83.                       

Niderland – Polşa 1:1

Dumfris, 28 – Keş, 80.

J qrupu

Qazaxıstan – Uels 0:1

Qol: Mur, 24.           

Lixtenşteyn – Belçika   0:6

Qollar: De Kuyper, 29. Tilemans, 46; 70-p. Titi, 60. De Bröyne, 62. Fofana, 90+1.  

                                     

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27