Aleksandr Şaqoyko: “Dörd qol vuracağımıza bəlkə də inanmazdım, amma iki top fərqi ən təhlükəli hesabdır”

23.07.26 | 00:24

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında Bakıda “Neftçi” üzərində 4:2 hesablı iradəli qələbə qazanan Belarusun “Dinamo” (Minsk) klubunun baş məşqçisi Aleksandr Şaqoyko oyundan sonra mətbuat konfransı keçirib.

Təcrübəli mütəxəssis gözlənilməz hesablı qələbəni şərh edib, oyunun startındakı şok dəqiqələrdən danışıb və cavab qarşılaşması öncəsi xəbərdarlıq edib.

Matçdan öncə 4:2 hesablı qələbəyə inanıb-inanmadığı ilə bağlı sualı cavablandıran Şaqoyko, qarşılaşmanın gözlənilməz ssenari ilə başladığını bildirib: “Bəlkə də 4 qol vuracağımıza inanmazdım. Amma biz ilk 7 dəqiqə ərzində qapımızda iki qol görməyi də planlaşdırmırdıq. Buna baxmayaraq, meydana yalnız qələbə üçün çıxmışdıq və istədiyimizə nail olduq. Kimə qarşı oynadığımızı yaxşı bilirdik və yekunda hər şey planımıza uyğun cərəyan etdi”.

Bakıdakı üstünlüyə baxmayaraq, komandasının cavab matçına tam ciddi hazırlaşacağını vurğulayan belaruslu baş məşqçi iki top fərqinin aldadıcı ola biləcəyini qeyd edib: “Səfərdə belə güclü komandaya qalib gəlmək xoşdur və bu nəticəyə şadıq. Lakin həddindən artıq arxayınlığa qapılmırıq, futbolçularım da bunu çox yaxşı dərk edirlər. Növbəti mərhələni təmin etdiyimizi düşünmək üçün elə də böyük üstünlüyümüz yoxdur. İki top fərqi futbolda ən təhlükəli hesab sayılır. Çünki buraxılacaq tək bir qol hər şeyi bir anda dəyişə bilsin. Bizi cavab matçında çox ağır mübarizə gözləyir. Neftçinin ikinci oyunda müəyyən dəyişikliklər edəcəyini bilirik. Biz də öz xətalarımız üzərində işləyib daha yaxşı hazırlaşacağıq. Məqsədimiz nəyin bahasına olursa-olsun mərhələni adlamaqdır”.

Paylaş:

Xəbər Lenti

Azərbaycan Premyer Liqası və kubokunun tam təqvimi (2026/27)

24.07.26 | 02:07

“Makkabi”, “Dinamo” və ya PAOK: “Qarabağ”ı Avropada kimlər gözləyir?

24.07.26 | 02:52

Millimizin hücumçuları avrokuboklarda qələbələrə töhfə veriblər

24.07.26 | 02:40

Xristo Yanev: “Bakıdakı heç-heçə bizim üçün yaxşı nəticədir, Sofiyada fərqli ÇSKA olacaq”

24.07.26 | 01:52

“Sofiyaya qalibiyyət üçün gedəcəyik” – Qurban Qurbanov Bakıdakı heç-heçəni, isti havanı və rəqibin gücünü dəyərləndirdi

24.07.26 | 00:13

Bakıda qolsuz sülh: “Qarabağ” mərhələ taleyini Sofiyaya saxladı

24.07.26 | 00:54

Tarmo Kink: “Daha cəsarətli oynadıq və təhlükəli tərəf biz idik”

24.07.26 | 00:09

Üstün oyun, acı nəticə: “Zirə” Estoniyada son dəqiqə qolu ilə uduzdu

23.07.26 | 23:05

“Barselona”da Frenki de Yonq böhranı: Əməliyyat masası, milliyə qəzəb və Fliklə gərginlik

23.07.26 | 18:02

Devid Bekhem mundialda Şakira, Biber və İngiltərə millisini geridə qoydu

23.07.26 | 18:23

Mançester Siti”ni narahat edən zədə və “Real” iddiaları

23.07.26 | 17:35

“Şəfa”dan niderlandlı transfer: Kristofer Mamengi heyətdə!

23.07.26 | 15:37

“Araz-Naxçıvan”dan növbəti transfer: “Neftçi”nin keçmiş futbolçusu Naxçıvan təmsilçisində!

23.07.26 | 15:37

Emin Mahmudovun yubiley qolu…

23.07.26 | 15:37

Daxildə darmadağın, Avropada iddia: “Payde” “Zirə” qarşılaşması öncəsi hansı əhval-ruhiyyədədir?

23.07.26 | 15:20

“Payde”nin baş məşqçisi “Zirə” ilə matç öncəsi iddialı danışdı: “Nəyi gözləyirik, Milad bayramını?”

23.07.26 | 14:00

Bakıda həlledici döyüş: ÇSKA daxili qalmaqal və Vitanovun xəbərdarlığı ilə “Qarabağ”ın qonağı olur

23.07.26 | 14:35

Simeon Slavçev: “Qarabağ” “Mançester Siti” və “Benfika” üslubunda oynayır

23.07.26 | 13:41

Zidan millinin sükanı arxasında: 4 İllik müqavilə və ulduzlu məşqçilər korpusu

23.07.26 | 01:26

Uşaqlıq xəyallarından dünya zirvəsinə: İspaniya ulduzlarının emosional zəfər paylaşımları

23.07.26 | 01:04