Xristo Yanev: “Bakıdakı heç-heçə bizim üçün yaxşı nəticədir, Sofiyada fərqli ÇSKA olacaq”

24.07.26 | 01:52
Ölkə futbolu

UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”la səfərdə qolsuz bərabərliyə nail olan Bolqarıstanın ÇSKA klubunun baş məşqçisi Xristo Yanev matçdan sonra mətbuat konfransı keçirib. Qonaq komandanın çalışdırıcısı Bakıdakı gərgin mübarizəni, taktiki gedişləri və Sofiyadakı cavab oyunu öncəsi şansları dəyərləndirib.

Bolqarıstanlı jurnalistlərin alqışları ilə zala daxil olan Yanev, “Qarabağ” kimi təcrübəli rəqiblə səfər matçında əldə edilən bərabərliyin onlar üçün uğurlu göstərici olduğunu gizlətməyib: “Bizim üçün bu oyun həddən artıq vacib idi. “‘Qarabağ” çox güclü və keyfiyyətli heyətə malik klubdur, bunu hər kəs yaxşı bilir. Ona görə də matçdan öncə vəziyyətin bizim əleyhimizə dəyişə biləcəyini düşünənlər çox idi. Səfərdəki bu bərabərlik bizim üçün həqiqətən yaxşı nəticədir. Futbolçularım meydanda böyük əzmkarlıq və motivasiya nümayiş etdirdilər”.

Oyunun gedişinə toxunan mütəxəssis, fasilədə futbolçularına verdiyi xüsusi tapşırıqlardan söz açıb: “İkinci hissədən öncə soyunub-geyinmə otağında futbolçularıma daha ehtiyatlı oynamağı tapşırdım. “Qarabağ” hücumda çox təhlükəli idi. Bizim əsas planımız ilk növbədə qol buraxmamaq, intizamı qorumaq və eyni zamanda fürsət düşdükcə hücumlar təşkil etmək idi. Sevindiricidir ki, tapşırıqların öhdəsindən gələ bildik”.

UEFA-nın cəzası səbəbindən Bakıda azarkeş dəstəyindən məhrum olan ÇSKA-nın çalışdırıcısı, Sofiyadakı cavab qarşılaşmasında tam fərqli bir atmosfer və oyun izləyəcəyimizi bildirib: “Cavab matçında öz azarkeşlərimizin möhtəşəm dəstəyi arxamızda olacaq. Dolan stadion və azarkeşlərimizin coşğusu komandamızı yalnız irəli aparacaq. Aydındır ki, Sofiyadakı görüşdə oyun sxemində dəyişikliklər edəcəyik. Bakıdakı matçda buraxdığımız səhvləri artıq bilirik və həmin mövqelərdə lazımi düzəlişlər aparacağıq. Cavab oyununa çox böyük ümidlərlə baxırıq və mərhələ adlayacağımıza inamımız tamdır”.

Paylaş:

Xəbər Lenti

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15