Tarmo Kink: “Daha cəsarətli oynadıq və təhlükəli tərəf biz idik”

24.07.26 | 00:09
Ölkə futbolu

Estoniyanın “Payde” klubunun baş məşqçisi Tarmo Kink UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında “Zirə” üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib. Estoniyalı mütəxəssis komandasının nümayiş etdirdiyi cəsarətli oyunu xüsusi vurğulayıb və Bakıdakı cavab matçı barədə fikirlərini bölüşüb.

Görüşün ilk dəqiqələrində “Zirə”nin təzyiqinə məruz qaldıqlarını bildirən Kink, qapıçı Ebrima Jarju komandanı xilas etdiyini xatırladıb: “Qələbədən razı qala bilərik. Oyunun əvvəlində çətinlik çəkirdik, amma bu, futbolun bir hissəsidir. Zirə ilk saniyələrdən bizi təəccübləndirdi  və qonaqların təhlükəli zərbəsini qapıçımız barmaqlarının ucu ilə dirəyə yönəltdi. Həmin anda ayağa qalxmağa belə vaxt yox idi. Sadəcə, rəqib analitik videolarda gördüyümüzdən bir qədər fərqli futbol oynadı. İlk dəqiqələrdə buna uyğunlaşmaq çətin olsa da, sonradan müdafiədə çox yaxşı işlədik. İkinci hissədə isə daha aqressiv və cəsarətli çıxış etdik. Ümumi epizodları qiymətləndirsək, düşünürəm ki, meydanda daha təhlükəli tərəf biz idik.”

Baş məşqçi komandanın avrokuboklardakı qollarının əksəriyyətini qambiyalı futbolçuların (Abdurahman Badamosi, Modu Sohna və Pa Abdu Çam) vurmasına da münasibət bildirib: “Mənim üçün qolu Xenri Anier, yoxsa qambiyalı futbolçuların vurmasının heç bir fərqi yoxdur. Bütün heyətdəki bütün dəyişikliklərini komandanın xeyrinə edirəm. Qolu Baranov vuracaq, ya Badamosi, bu, əsas məsələ deyil”.

Mövsümün gedişində sükan arxasına keçən mütəxəssis, komandada artıq onun oyun xəttinin hiss olunduğunu vurğulayıb: “Bu, ən azı bir mövsümlük hazırlıq tələb edən uzun prosesdir. Lakin futbolçuların göstərdiyi səylərə görə minnətdaram. Artıq əsl komanda kimi görünürük. Avrokubok oyunları tamamilə fərqli atmosferdir. Nəzəriyyədə istədiyimiz futbol haqqında müxtəlif təsəvvürlər yarada bilərik, amma meydanda bunu gerçəkləşdirən oyunçulardır. Komandamın bir-birini və özünü daim irəli aparmağa çalışması ni çox sevindirir”.

Görüşün onun məşqçilik karyerasındakı ən böyük uğur olub-olmaması ilə bağlı suala isə Kink belə cavab verib: “Oyun bitəndən cəmi 10 dəqiqə keçib, bunu düşünməyə vaxtım olmayıb. Floraüzərindəki qələbə də bizə böyük inam vermişdi. İstənilən halda qələbə qələbədir. Bu gün üstünlüyümüzü nəticəyə çevirdik, amma bu, cavab matçı üçün hələ heç nəyi həll etmir”.

Cavab qarşılaşmasının planlarından danışan estoniyalı mütəxəssis Bakıdakı hava şəraitinin ciddi faktor olacağını qeyd edib: “Əgər orada hesab 0:0 olsa, bu bizim üçün yaxşı nəticə sayılar. Amma sadəcə müdafiəyə qapanmaq fikrimiz yoxdur. Oynamalıyıq. Taktikada müəyyən dəyişikliklər ola bilər, lakin futbolçulara yalnız müdafiə olunacağıq deməyəcəyəm. Burada çox şey oyunçuların düzgün qərar verməsindən və intuisiya hissindən asılıdır. Səfər oyunu tamam fərqli olacaq  və bizi 35 dərəcə isti gözləyir. Etiraf edim ki, orada çox çətin olacaq.”

Sonda qələbənin qeyd edəcəsinizmi sualını Kink zarafatla cavablandırıb: “Nəyi qeyd edək? Qarşıdurmanın yalnız birinci hissəsini? Amma qələbə qazandıq, buna görə sevinmək olar. Futbolçular bir pivə içə, sonra isə gedib dincələ bilərlər. Bu, həqiqətən də çox şirin bir pivə olacaq”.

Paylaş:

Xəbər Lenti

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28

Erlinq Holand DÇ-2026-dan evə unikal kolleksiya ilə dönüb

08.09.26 | 21:23

“Qarabağ”ın ÇL-də qəhrəman olan qapıçısı Polşaya qayıtdı: “Uşaqlıq arzumu Ağdamda reallaşdırdım!”

08.09.26 | 20:39

TV PROQRAM

08.09.26 | 19:16